Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı, bu hazırlığın tərkib hissəsi kimi sərhəddə hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı fikirlər səsləndirib.
Maraqlıdır, Ermənistan Azərbaycana hücum etmək cəsarətini kimdən alır? Ermənistana bu cəsarəti verən qüvvə, müharibə başladığı təqdirdə işğalçı ölkəni sona qədər müdafiə edə biləcəkmi?
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri Ermənistanın əsasən Rusiya tərəfindən dəstəkləndiyini vurğulasa da, bu dəstəyin işğalçı ölkə üçün faciə ilə nəticələnə biləcəyini vurğuladı:
“Hazırkı situasiyanı geosiyasi vəziyyətdən doğan şərait kimi qiymətləndirmək lazımdır. Ermənistan bu gün Rusiyanın dəstəyindən istifadə edərək Azərbaycandan yeni ərazilər işğal etmək niyyətindədir. Düşmən bu kəs Goranboy-Gəncə istiqamətində işğallar həyata keçirmək istəyir. Rusiya Suriya və Liviyada qazana bilmədiyi uğuru Cənubi Qafqazda-Azərbaycanda, Ermənistanı bizim üstümüzə qaldırmaqla qazanmaq istəyir. Rusiya nə Suriya, nə də Liviyada Türkiyə qarşısında uğur qazana bilmədi. Buna görə də indi Rusiya Cənubi Qafqazda uğura ehtiyac hiss edir.
Lakin bu da mümkün görünmür. Rusiya Ermənistanı silahıandırmaqla Azərbaycan qarşısında, bizim üzərimizdən isə Türkiyə qarşısında qısamüddətli də olsa hərbi uğur qazanmaq istəyir. Bundan gələcəkdə Türkiyə və Qərb dünyasına qarşı təzyiq elementi kimi istifadə etmək niyyətindədir. Lakin Rusiya bunu da bilir ki, onun bu cəhdi Ermənistanın bir dövlət kimi yox olması ilə nəticələnə bilər.
Ümumiyyətlə, Azərbaycan hücumun nəinki Ermənistan, hətta Rusiyanın özü üçün belə hər hansı perspektivi yoxdur. Əgər Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycana hücum edərsə, o zaman çox ağır məğlubiyyətlə üzləşəcək. Türkiyənin Suriya və Liviyada Rusiyanın başına gətirdiyini, Azərbaycan Cənubi Qafqazda gətirəcək. Buna kimsənin şübhəsi olmasın”.
Seymur ƏLİYEV