"Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin üzvləri bu gün Ədliyyə Nazirliyinin qəbul otağında etiraz aksiyası keçiriblər. Bizimyol.info xəbər verir ki, onlar təşkilatın dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayətlərini bildirmək üçün bu gün Ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna düşmək istəyiblər. Nazirin özünün qəbul etməməsi isə onları özündən çıxarıb. Əlillərin kütləvi şəkildə nazirliyin qəbul otağına daxil olması ilə əlaqədar hadisə yerinə polis əməkdaşları cəlb edilib. 3 post-patrul maşını ilə təxminən 20-dək polis əməkdaşı gəlsə də, onlar əlillərə müdaxilə etməyiblər. Daha sonra "Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov nazirliyin səlahiyyətlilərindən biri tərəfindən qəbul edilib. Ona bildiriblər ki, qeydiyyatla bağlı məsələ oktyabr ayının sonunadək həll ediləcək.
Firudin Məmmədov isə "bizimyol.info saytının əməkdaşlarına açıqlamasında
bildirib ki, bu cür sözlər artıq neçə ildir ki, verilir. "4 ildir ki, hər
ay deyirlər gələn ay həll ediləcək. Artıq onların verdiyi sözlərə də inanmırıq.
Şikayətlərimizi Prezident Administrasiyasına da bildirəcəyik" - deyən
Firudun Məmmədov vurğuladı ki, tədbir görülməyəcəyi təqdirdə, Fəxri Xiyabanda -
mərhum prezident Heydər Əliyevin məzarı önündə oturaq aksiya keçirəcəklər.
Geniş
reportajı "Bizim Yol" qəzetinin sabahkı - 26 sentyabr tarixli sayında
oxuya bilərsiniz.
Moderator.az