İsti havalarda susuzluğu yatırtmaq
üçün insanlar müxtəlif sərinləşdirici içkilərdən istifadə edirlər. Ən çox tələb
olunan bu içkilərdən isə qazlı sular siyahıya başçılıq edir. Deyilənlərə görə,
alıcılar mağazalarda qazlı və ya qazsız su seçimi edərkən, əksər vaxtlarda
qazlı sulara üstünlük verirlər.
Bir çox insanlar qazlı suların daha dadlı ,daha
xoşa gəlimli və rəngli çalarlara malik olması səbəbindən üstünlük verdiyini deyir.
Amma bir faktı nəzərinizə çatdırım, tərkibinə müxtəlif kimyəvi maddələr əlavə
olunmaqla saxtalaşdırılmaya elə məhz qazlı sular daha çox məruz qalır.
Bəs görəsən hamının ləzzətlə susuzluğunu yatırdığı
qazlı suların tərkibində nələr var? Belə ki, adi və ya təbii su, saturasiya
üsulu ilə, yəni, süni karbon qazı daxil etməklə doyuzdurularaq, istənilən
göstəriciyə gətirib çıxarılır. Nəzərə alsaq ki, hər bir suyun tərkibinin öz
codluq göstəricisi var, suyun öz keyfiyyətini itirməməsi üçün doyuzdurulma prosesi
bu göstəriciyə uyğun olaraq aparılmalıdır.
Həkimlər isə, insanları qazlı içkilərdən istifadə
edərkən ehtiyatlı olmağa çağırır. Çünki həyat mənbəyi olan suyun istifadəsi və
tərkibindəki kimyəvi əlavələr bir sıra xəstəliklərin dərinləşməsinə yol aça bilər.
Həmçinin həkimlər qazlı sudan müntəzəm istifadə
edənlərin, piylənmə xəstəliklərinin riskini artırdığını deyirlər.
Moderator.az