16 Sentybar yeni tədris ilinin başlaması münsibəti ilə Gəncə şəhərində də yeni təmirdən çıxmış məktəblər müəlim və şagirdlərin istifaəsinə verilib. Moderator.az-ın xəbərinə görə, bununla bağlı adıçəkilən şəhərdə açılış mərasimi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları Musa Quliyev, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri məktəbin direktoru Elanora Əsgərova açıq elan edib. Daha sonra isə şəhər rəhbəri Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq yeni dərs ilində şagirdlərə və müəllimlərə uğurlar arzulayıb. Şəhər rəhbəri öz sözlərində ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də tədrisin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. Sonra məktəbə baxış keçirilib.
1968-ci ildən fəaliyyət göstərən məktəb 45 illik fəaliyyəti dövründə ilk dəfədir ki, əsaslı şəkildə təmir olunur. Burada Azərbaycan və rus bölməsi fəaliyyət göstərir. Hazırda 640 yerlik
məktəbdə 593 şagird təhsil alır. Şagirdlərin təhsili və tərbiyəsi ilə 84 nəfər pedaqoji, 9 nəfər isə yardımçı pedaqoji işçi məşğul olur. Yeni tədris ilində məktəbdə 67 nəfər birinci sinif şagirdi təhsil alacaq.
Qeyd edək ki, məktəbdə şagirdlərin fiziki sağlamlığının və idmana olan maraqlarının ödənilməsi üçün idman zalları və meydançalar müasir standartlara
cavab verəcək şəkildə qurulub.
-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/563.jpg">-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/564.jpg">-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/565.jpg">-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/566.jpg">-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/567.jpg">