Hər zaman cəfəng fikirlər və xəstə iddialarla gündəmə gələn ermənilər, bu günlərdə daha bir absurd iddia ilə gündəmə gəlib. Belə ki, bu kəs şumerlərin qədim erməni olduğunu bildirən düşmən, bununla da özünü dünyanın ən qədim sivilizasiyasına malik xalqı statusunda tqədim edib.
Moderator.az-a açıqlama
verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin rəhbəri,
görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyev bunu erməni xəstəliyinin
növbəti təzahürü kimi dəyərləndirib:
“XX əsrin əvvəllərindən
etibarən ermənilər heç vaxt olmayan erməni dövləti haqqında məlumatlar yaymağa,
saxta mənbələr formalaşdırmağa başladılar. Saxta erməni dövlətləri haqqında məqalələr
yaydılar. Onlar ayaq basdıqları hər yeri erməni dövləti kimi qələmə verdilər. “Böyük
Ermənistan” xülyası yaratdılar. İndi onlar 20-dən çox erməni dövlətinin adını çəkir,
xəritədə heç vaxt olmayan bu dövlətlərin yerini göstərirlər. Dünyada elə bir
müqəddəs şey qalmayıb ki, ermənilər onu özləri ilə əlaqələndirməsin, onun
mahiyyətini saxtalaşdırmağa cəhd etməsinlər.
Şumerlərə gəlincə, onlar
qədim dil və mədəniyyətə malik xalq olub. Hansı ki, onların ermənilərlə heç bri
əlaqəsi, bağlılığı yoxdur. Şumer mədəniyyəti və dili ilə erməni dili və mədəniyyəti
arasında heç bri yaxınlıq yoxdur. Ermənilərin əlifbası da, lüğəti də başqa
xalqlardan götürülmədir. Onların özlərinə məxsus heç nə yoxdur. Şumerlərin ermənilərlə
bağlılığı ilə əlaqədar deyilənlərin
hamısı cəfəngiyyatdır. Ermənilər bilir ki, şumerlərlə bağlı bizim
iddiamız var. Bizim dilimizlə şumerlərin dili arasında xeyli dərəcədə oxşarlıq
var. Ermənilərin isə şumer dili və mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Sadəcə,
yalan danışmaq onların peşəsidir və onlar bu gün də öz peşələrinə sadiqlik göstərirlər”.
Seymur ƏLİYEV