Rusiya Türkiyənin “İmkander” təşkilatının “əl-Qaidə” ilə bağlılığını deyib ona qarşı sanksiya tələb etdi; Azərbaycan və ABŞ təşəbbüsü blokladı, rəsmi Moskva bərk qəzəbləndi...
BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycanla Rusiya arasında “əl-Qaidə” ilə bağlı şok qarşıdurma yaranıb. Moderator.az Rusiya rəsmi qaynaqlarına istinadən xəbər verir ki, bu sensasion qarşıdurma barədə Rusiya Xarici İşlər Nazirliyi bu gün - sentyabrın 12-də bəyanat yayıb.
Bəyanatda deyilir ki, bu ilin mart ayında Rusiya BMT Təhlükəsizlik Şurasının Sanksiyalar üzrə Komitəsinə baxılmaq üçün “əl-Qaidə” ilə bağlılığı olan şəxslər və təşkilatlar barədə müraciət təqdim edib. Söhbət iki fiziki şəxsdən - Finlandiya vətəndaşı Mikael Sturşedən və keçmiş SSRİ-nin sakini olmuş, hazırda İsveçdə yaşayan İsa Cəbrayılovdan, habelə bir hüquqi şəxsdən - Türkiyənin qeyri-hökumət təşkilatı olan “İmkander”dən gedir.