Bunu cümə axşamı jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
O, qeyd
edib ki, bir zamanlar tətbiq olunan "Qəhrəman ana" statusunun bərpa
olunması gündəmdədir: "Əsas məsələlərdən biri odur ki, çoxuşaqlı sayılması
üçün uşağın sayını müəyyənləşdirməliyik. Sovet vaxtı on uşaq anası "Qəhrəman
ana" sayılırdı, indi isə bu rəqəm gülünc gəlir". Eyni zamanda komitə
sədri müavinət ayrılacaq anaların kateqoriyasının da müəyyənləşməsinin vacib
olduğunu qeyd edib: "Müəyyənləşməlidir ki, hansı qrupdan olan şəxsləri bu
siyahıya aid etmək olar. Yəni on xəstə uşaq dünyaya gətirən, onlara təhsil verə
bilməyən şəxs "Qəhrəman ana" hesab olunan bilərmi? Bu nöqteyi-nəzərdən
bu gün uşağın sayı əsas göstərici olmamalıdır".
H.Rəcəbli,
həmçinin vurğulayıb ki, ölkədə əkiz, üçəm uşaq dünyaya gətirən analar üçün
sosial yardımla bağlı addımlar atılmalıdır və bu addımlar atılacaq.
Millət
vəkili Azərbaycanın təbii artımla bağlı problemli ölkələr sırasına daxil
olmadığını vurğulayaraq qeyd edib ki, ölkədə təbii artım ildə 135 min nəfər təşkil
edir.