Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 13-də hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi
gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19, gündüz
23-27 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 13-də bəzi yerlərdə yağış yağacağı, səhər qərb rayonlarından
başlayaraq tədricən kəsiləcəyi gözlənilir.
Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda
gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji
proqnoz
Yaxın 2 gün ərzində
Abşeron yarımadasında temperaturun normal sutkalıq gedişi, meteoroloji amillərin
zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.