Qurban bayramı münasibəti ilə respublikamızın bir sıra bölgələrində DİN əməkdaşları şəhid ailələri, habelə aztəminatlı ailələlərə baş çəkib, onlara bayram sovqatı paylayıb.
Polis əməkdaşlarının bu
bayramda da şəhid ailələrini yaddan çxıarmaması, onları yad etməsi Azərbaycan
polisinin şəhidlərimizə olan sevgi və ehtiramının daha bir isbatı sayıla bilərmi?
Moderator.az-a açıqlama
verən hüquqşünas Əliməmməd Nuriyev polis əməkdaşlarının bu addımını
alqışladığını vurğuladı:
“Şəhidlər vətənin,
xalqın, hər kəsin şəhididir. Xatırladım ki, polis əməkdaşlarının özü 90-cı illərin
əvvəllərində torpaqlarımızın erməni işğalından müdafiə olunmasında yaxından
iştirak edib, onların bir qismi şəhid olub. DİN-nin nəzdində yaradılan Daxili Qoşunlar
da Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb, çoxlu şəhidlər verib.
Azərbaycanda şəhidlərə
hörmət birmənalıdır. Bu bir ənənədir. Son illərdə bu ənənə daha da genişlənib. Biz
polisin vətəndaşlara olan münasibətini karantin dövründə də gördük. Polisdə
etik davranış standartları keyfiyyət etibari ilə tamam fərqli müstəviyə yüksəlməkdədir.
Bu, həm də polisin daxilində aparılan işlə bağlıdır.
Şübhəsiz, polis əməkdaşlarının
şəhid ailələrinə bayram sovqatları paylaması alqışlanmalıdır. Biz şəhidlərimizi
nə qədər ucada tutacayıqsa, şübhəsiz, o qədər torpaqlarımız işğaldan tez azad
olunacaq, xalqımızın dəyərlər sistemi bir o qədər inkişaf edəcək.
Qurban bayramı bizim
milli-tarixi bayramımızdır. əsrlər uzunudur ki, xalqımız bu baramı qeyd edir. Bu
baxımdan polis əməkdaşlarının Qurban bayramı günüdə şəhid ailələrinə bayram
sovqatları göndərməsi polisin ənənələrimizi yaşatması, onu inkişaf etdirməsi
deməkdir”.
Seymur ƏLİYEV