Silikon dodaqlı şairələr anlada
bilməz sevginin gözəlliyini. Nə də ki, o dodaqlardan öpən şairlər. Qadın
gözəlliyi bütün gözəlliklərin fövqündədir. Bunu heç kim inkar edə bilməz.
Lakin, bu gözəlliyi dəyişdirəndə öz təravətini itirir və bir gül qədər solğun
olur. Son baharda solan bir gül qədər. Bir rəssam düşünün ki, dünyanın ən
gözəl tablosunu yaradır. Sonra rəsmdən heç anlamayan biri gəlib bu rəsmin
üzərində nələrisə dəyişdirir. Sizcə, rəsm əvvəlki qədər gözəl ola
bilərmi? Təbii ki, yox. Qadın da Tanrının yaratdığı gözəl bir əsərdir. İndi
kimin haqqı var ki, bu əsərin üzərində nələrisə dəyişsin? İndi isə, başqa
bir məsələ haqqında danışaq. Allahdan sonra, yaradıcı insanlar sənət
adamlarıdır. Şairlər, rəssamlar, memarlar və s. Və sənət- insanın
ruhuna işıq tutub onu aydınlatmaqdan ötrüdür. Və ədəbiyyat “ədəb, ya hu”
ilə ağ kağızları bəzəyən şairlər. Ancaq, indi ədəbi unudan bir nəsil olduğu
kimi, bu nəslin nümayəndələri ədəbiyyatın da ədəbdən yarandığını unutdular.
Şairələr, seriallardakı aktyorlardan və ya müğənnilərdən seçilməz oldu.
Saytlarda sözlərindən çox, bədənləri ilə ön plana çıxmağa başladılar. Baxıram
ki, bir xanım şair bir rəsm paylaşan kimi dostluğunda nə qədər kişi varsa hamsı
başlayır şəhvət qoxan iltifatlara. Di gəl ki, bu xanım ədəbiyyat adına, sənət
adına nə edib? Silikon dodaqlı bir qadın təbii gözəllikləri necə qələmə alsın
və o qadını sevən kişi o qadının öpüşlərindən qadın dadını, qadın sevgisini
necə duya bilsin ki? O qədər adiləşib ki, indi boşanmalar. Çox qorxuram, on-on
beş ilə ailə deyilən bir şeyin qalmamasından. On, on birinci sinifdə oxuyan
oğlanlar otuz-otuz beş yaşlarında gəlinlərlə gəzir, əylənir. Bu da təbii
olmayan sevginin və sənətin və də əxlaqın yan təsirləri. Şairləri, sənət
adamları bir millətə doğru yol göstərir. Vay o günə ki, bu doğru yol göstərəcək
olanlar özləri yoldan qırağa çıxsın.