Konfrans Avropa Birliyinin sponsorluğu ilə, Alman-Azərbaycan Ticarət Palatasının "East İnvest" təşəbbüsü çərçivəsində təşkil olunur.
Konfransda kənd təsərrüfatı, informasiya kommunikasiyası və texnologiyası, neft və qaz, bərpaolunan enerji və davamlı tikintiyə dair ekspert panellərində Azərbaycanda biznes və investisiya imkanları müzakirə olunacaq.
Avropa Birliyinin yaydığı məlumatda deyilir ki, bu investisiya konfransı AB-nin Şərq Tərəfdaşlığı təşəbbüsünü yerinə yetirmək öhdəliyini əks etdirir.