Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. Bildiriblər ki, hazırda bu istiqamətdə işlər gedir və yolların çəkilişinə gələn ildən başlanılacaq.
“Tramvay
yollarının çəkilişi üçün Fransanın 3 şirkəti arasında tender elan olunacaq. Hansı qalib gəlsə, o da
bu işlə məşğul olacaq. Həmçinin bildirək ki, quraşdırılacaq tramvaylar
“Translohr” tramvaylarıdır. Onlarda rahatlığı, qabariti və manevr qabiliyyəti
ilə digərlərindən fərqlənir.
Eyni
zamanda İcra Hakimiyyətindən bildiriblər ki, bu layihənin həyata keçməsi üçün
250 min avro vəsait lazımdır. Gəncədə metro çəkilişləri ilə bağlı müzakirə
getdiyi üçün tramvay yollarının salınması məsələsinin hələ tam müəyyənləşmədiyi
bildirilir.
Qeyd
edək ki, artıq bu tramvaylardan dünyanın 3 ölkəsində quraşdırılıb. Fransanın
Clermont-Ferrand şəhəri, İtaliyanın Venesiya, Padua, Çinin Tianjin, Şanxay
şəhərlərində quraşdırılıb”.