Amerika mətbuatı ABŞ prezidentlərinin işlədiyi və yaşadığı Ağ Evin bir daşınmaz əmlak kimi bazar qiymətini yayıb. Bildirilir ki, 294,9 milyon dollar dəyərində olan Ağ Evin ümumi sahəsi 5 min kvadrat metrdən çoxdur. 132 otaqdan ibarət olan bu ağ sarayda nə az-nə çox, düz 35 sanitariya qovşağı, 16 yataq və 3 mətbəx var. Üstəlik, binanın ətrafında 7 hektarlıq bir əsrarəngiz bağ, minlərlə gül kolu əkilib və bənzərsiz çəmənlik yaradılıb. Bundan başqa prezidentin sərəncamında iki helikopter meydançası da var.
Maraqlıdır ki, Ağ Evin yeni qiyməti mediaya
çıxan kimi rus mətbuatı da Kremlin daşınmaz əmlak kimi “bazar qiyməti”ni
araşdırıb. İddia olunur ki, mütəxəssislərin 2012-ci ilin oktyabr ayındakı
hesablamalarına görə Kremlin qiyməti 1, 5 trilyon rubl, yəni təxminən 60
milyard dollar dəyərindədir.
Görəsən, Azərbaycan prezidentinin sərəncamında
olan iqamətgahın da bazar qiymətini hesablayıb ortalığa çıxarıblarmı?