Sankt-Peterburq polisi şəhərdəki
qalereyadan bir rəsmi müsadirə edib.
Moderator.az-ın Azadlıq Radiosuna
istinadən verdiyi xəbərə görə, şəkildə Rusiya prezidenti Vladimir Putin və baş
nazir Dmitri Medvedev qadın alt paltarında təsvir edilib.
Qalereyadan bildiriblər ki, polis satirik
şəklin qanunları pozduğunu deyib, ancaq dəqiqləşdirmə aparmayıb.
Qalereya işçilərinin dediyinə görə,
polislər Rusiya Pravoslav Kilsəsinin başçısının da rəsmini götürüb. Rəsmdə
adamın bədəni tatuirovka ilə örtülüb, digər 2 rəsmdə isə millət vəkilləri əks
olunub. Həmin millət vəkilləri vaxtilə cinsi azlıqların təbliğatını qadağan
edən qanunu dəstəkləyib.
Sözügedən qanuna görə Rusiya liderlərini
ittiham edənlər az deyil. Hətta buna görə gələn il baş tutacaq Soçi
olimpiadasını boykot etməyə çağıranlar da var.
Qanuna Rusiya Pravoslav Kilsəsi də dəstək
verib.