ABŞ-ın Rusiya sərhədləri yaxınlığında keçirdiyi təlimlər son vaxtlar Rusiyanı ciddi şəkildə narahat etməkədir.
Moderator.az xəbər verir
ki, Kremlin etirazlarına əhəmiyyət verməyən ABŞ, bu günlərdə Rusiyanın “bir
addımlığında” yeni və daha narahatverici təlimlərə start verəcək. Belə ki, ABŞ
Qara dəniz üzərində dağıdıcı raketlər daşıyan və dünyanın ən səssiz təyyarələrindən
hesab olunan B-1 bombardmançılarının uçuşlarını gerçəkləşdirəcək. Təlimlər əsnasında
B-1 təyyarələrindən gəmi əleyhinə uzaq mənzilli raketlərin buraxılması məşq
ediləcək.
Rus siyasiləri hesab edir
ki, bir müddət öncə Kamçatka yaxınlığında uçuşlar həyata keçirdən ABŞ B-1-lərinin
bu kəs Qara dənizdə görünməsi Pentaqonun Ukraynaya dəstəyi, Rusiyaya gözdağı
vermək istəyi kimi dəyərləndirilməlidir. Ekspertlərin fikrincə, ABŞ bununla
Ukrayna səmalarının rus təyyarələrindən etibarlı şəkildə qoruna biləcəyinin
mesajını verməkdədir.
Seymur ƏLİYEV