Xəbər verdiyimiz kimi, ABŞ-da polis əməkdaşının qaradərili şəxsi öldürməsi fonunda baş verən etirazlar davam edir. Vəziyyətin ciddiliyi ABŞ hökumətini etirazçılara qarşı ordu birlikləri yeritmək məcburiyyəti qarşısında qoyub.
Moderator.az xəbər verir
ki, ABŞ-ın Kolorado əyalətindəki etiraz aksiyaları zamanı coşğun kütlə fərqində
olmadan türk dünyası və eləcə də bəşəri ədalət adına təqdiredici bir addıma imza atıb. Belə ki, etirazçılar qondarma “erməni
soyqırımı” qurbanları adına ucaldılan xaçkar abidəsini boya ilə rəngləyib, onu
gülünc formaya salıblar.
Ermənilərin heç vaxt
olmayan qurbanların şərəfinə ucaltdığı və ətrafdakı insanlara ehtiram mənbəyi
kimi təqdim etməyə çalışdıqları abidənin bir formada təhqir olunması əyalət ermənilərinin
etirazına səbəb olub.
Baş verənlərlə bağlı
açıqlama yayan əyalətin erməni birliyi abidəni təmziləyəcəklərini, gərəkirsə
yeni bir xaçkar inşa edəcəklərini bildirib.
Məlumat üçün qeyd edək
ki, ermənilər dünyanın müxtəlif ölkələrində insanları “soyqırım” yalanlarına
inandırmaq, məzlum erməni obrazı yaratmaq üçün bu cür abidələrdən geniş şəkildə
istifadə edirlər.
Seymur ƏLİYEV