Türkiyənin müdafiə naziri Hulusi Akar cari ilin 1 yanvar tarixindən bu günə qədər İraq və Suriyanın şimalında 1458 terrorçunun türk hərbçiləri tərəfindən məhv edildiyini bildirib.
Terrorun və
terrorçunun vətəninin olmadığı, onların dünyadakı hər kəs üçün təhlükə kəsb
etdiyini nəzərə alsaq, o zaman türk ordusunun bu uğurunu onun yalnız Türkiyə deyil,
eləcə də bütün bəşəriyyət qarşısındakı tarixi xidməti kimi dəyərləndirmək olarmı?
Moderator.az-a
açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, türk ordusunun
anti-terror əməliyyatının bütün bəşəriyyətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət
kəsb etdiyini vurğuladı:
“Bu, heç şübhəsiz ki, türk ordusunun bütün bəşəriyyə qarşısındakı xidmətidir. Bu gün
türk faktoru kifayət qədər öndədir və biz buna görə Türkiyəyə təşəkkür etməliyik.
Dünyanın ən qaynar nöqtələrində terrora qarşı mübarizədə türk mehmetçikləri söz
sahibidirlər. Onlar bütün dünyanı özləri ilə hesablaşmağa mahiyyət etibari ilə
məcbur ediblər. Təbii ki, türk ordusunun terrorçulara qarşı apardığı mübarizə
bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir və alqışlanmalıdır.
Türk ordusunun terrora
qarşı apardığı mübarizə Azərbaycan üçün də nümunədir. Çünki Qarabağda da belə
bir əməliyyatın aparılmasına ehtiyac var”.
Seymur ƏLİYEV