Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya onlarla raket texnologiyaları sahəsində elmi əməkdaşlıq etmək istəmir.
Moderator. az xarici KİV-ə istinadla bildiri ki, son dövrlərdə Rusiyaya qarşı gözlənilməz açıqlamaları ilə diqqət çəkən Belarus prezidenti bu sözləri cümə günü ölkəsində yeni tipli raketin hazırlanması prosesi ilə tanış olarkən söyləyib.
“Ruslar qarşısında diz çökməyə ehtiyac yoxdur. Ən yaxın müttəfiqimiz bizimlə raket hazırlamağa razı olmadı, bu, bir siqnaldır”- deyib prezident Lukaşenko.
Qeyd edək ki, Belarus 300 km məsafədə hədəfi vura bilən modernləşdirilmiş “Polonez” raketləri almağa və özündə də hazırlamağa başlayıb. Raketlərin sınaqdan çıxarılması üçün Çin, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparılır və ərazilər nəzərdən keçirilir.
Eyni zamanda Belarus bu istiqamətdə Rusiya ilə əməkdaşlıqdan ümidini itirdikdən sonra lazım olan komponentləri Çindən almağa başlayıb və üzünü Çinə çevirib.
Taleh