Azərbaycan
Respublikası Taxıl Fondu taxılçılıqla məşğul olan sahibkarlara müraciət edərək
yüksək sort taxılın tonunu onlardan 220 manata almağa hazır olduğunu bildirib. Ekspertlər
isə iddia edir ki, əslində bu taxılın 1 tonunun bazar qiyməti 300 manatdır.
Mövzu ilə
əlaqədar İqtisadi Araşdırmalar Mərkəzinin Aqrar sahə üzrə eksperti Vahid
Məhərrəmov Moderator.az-a
açıqlama verib:
“Təəssüflər
olsun ki, bu gün Azərbaycanda normal standartlara cavab verən məhsul yoxdur. Bizdə
biçindən sonra taxıllar çeşidlərə bölünmür. 3 il bundan öncə fermerlər taxıl
fonduna 1000 ton taxıl satdığı halda son illər bu fond fermerlərdən 1 kq taxıl
belə almayıb. Qazaxıstanın istehsal etdiyi məhsul bizim məhsuldan keyfiyyətcə
aşağı olmasına baxmayaraq onlar öz məhsullarını çeşidlərə bölə bilirlər. Bu da
müasir avadanlıqların hesabına olur. Təəssüflər olsun ki, bizdə belə
avadanlıqlar yoxdur”.
Xəyal