ALlahşükür Paşazadə: "Şamaxı rəsədxanasının din adına danışması ruhanilərin hüquqlarını pozur" -VİDEO
Cəmiyyət
Oxunub: 3933
10 Aug 2013 | 10:19
ALlahşükür Paşazadə:
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə  AN-ə müsahibə verib. Moderator.az həmin müsahibəni təqdim edir:  

Bismilləhir Rahmənir Rahim. Əlhamdulilləhi Rəbbil aləmin. Vəs Salətu vəs sələmu Alə Muhammədin və alə əlihi və sahbihi əcmain.

Allah Tala ki Qurani şərifdə buyurur: “Bismilləhir Rahmənir Rahim. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.”

Bu ayda Allah tala bizə Quranı, yəni öz hökmünü göndərib. Biz Quran vasitəsilə Allahı tanıyırıq, hikməti tanıyırıq, müsəlmanlar üçün yaxşıyla pisi onun vasitəsilə tanıyırıq. Ramazan ayında oruc tutmağı da bizə Qurani Kərimdə Allah Tala buyurub. Ramazan ayı Allahın gözəl aylarındandır, mərhəmət ayıdır, dostluq ayıdır, qardaşlıq ayıdır. Yetim-yesirə kömək etmək, imkansıza əl uzatmaq ayıdır. Bu vacib məsələlərdən biridir. Bu xüsusiyyətlər oruc tutan hər bir müsəlmanda olmalıdır. Mən elə bilirəm ki, biz gəlib o ərəfəyə çatmışıq ki, Allah Tala bizə ramazan orucunu tutmağı nəsib eylədi. İnşallah bütün müsəlmanlar həmin vacibatı yerinə yetirdi. Mən istərdim ki, bu münasibətlə bütün müsəlmanları təbrik edim. Allah Taladan Quran xatirinə ruzimizin çox olmasını və imkansızları imkanlı etməsini və xəstələrin sağalmasını arzulayıram. Ən böyük dualarımızdan biri də vətən yolunda, İslam yolunda, Qarabağda şəhid olanlarımıza, ölənlərimizə Allah rəhmət eləsin. Orda bizim müqəddəs yerlərimiz, məscidlərimiz qalıb. Ümidvaram ki, tezliklə İnşallah İlham Əliyev cənablarının rəhbərliyi ilə qaytarılsın, öz dini məbədlərimizi bərpa eləməyə Allah Tala bizə imkan yaratsın. Mən həm dua edirəm, həm də təbrik edirəm. Biz ramazanımızı heç vaxt yaddan çıxarmamışıq və orucumuzu həmişə tutmuşuq. Sovet dövrü olsun, sonrakı dövrlər olsun istəyən orucunu tuturdu.

Ötən illərlə müqayisədə oruc tutanların sayının artması və ya bu bayrama daha çoxmaraq göstərilməsində bir fərq hiss olunurmu?

Müstəqillik dövründə bizim 17 məsciddən səs gəlirdisə bu gün 2 000 məsciddən azan səsi gəlir. Bu şəraitin yaradılması imana olan töhfədir, Böyük Yaradanın nemətidir. Biz Allahımızı yaddan çıxarmamalıyıq. O cümlədən dövlətçiliyimizi də yaddan çıxarmamalıyıq. Bu illərin başqa illərə nisbətən fərqi ondan ibarətdir ki, Ərdəbildə bir alim vardı, Ərdəbili. Biz sovet dövründə radioda ona qulaq asırdıq. Mənim atam hər səhər onun azanı ilə durardı. Onun azanı ilə də biz iftar açardıq. Bu gün bəlkə də milyonlarla azərbaycanlının imanının qorunub saxlanmasında həmin azanın böyük rolu vardı. Bu gün həmin azanın ANS telekanalından eşiilməsi bizi çox sevindirir. Şəxsən mən Şeyxulislam kimi o azan eşidiləndə durub namaz qılıram, o azan eşiiləndə iftar edirəm. Bu mənim üçün çox xoşdur. Mən bütün ANS kanalı çalışanlarına, kanalın rəhbəri Vahid müəllimə, Mir Şahin müəllimə və adlarını çəkmədiyim digər əməkdaşlara təşəkkürümü bildirirəm. Mən bu təşəkkürü yazılı şəkildədə həyata keçirəcəyəm. Çünkü bu həqiqətən tarixi bir addım idi. 70 illik sovet dövründə və müstıəqillik dövründə bu ilk addım idi. Azan oxundu və bu səs bizim televiziyadan da, radiodan da eşidildi. Mühim olan da odur ki, bu sahədə ilk addımı atan yenə də ANS oldu. Ona görə də təşəkkür edirəm. Allah Taladan bütün ANS əməkdaşlarına xöşbəxtlik arzulayıram.

- Ramazan ayı Quranın nazil olduğu aydır və sizin masanızın üstündə Quran görürəm. Deyəsən qədim kitablardır? 

Çox qədimdir. Məndə çoxlu əlyazmalar vardı. Prezident lütf elədi, onlar üçün xüsusi bina tikilir. Bunlar qızıl fond kimidir. Ona görə də xahiş etdim prezident həzrətlərindən ki, bizə köməklik göstərsin. Xüsusi bir yer hazırlansın və bu qədim əlyazma Quranlar bərpa olunsun. Cənab prezident belə şeylərə çox diqqət edir. Minnətarlığımı bildirirəm ki, o da belə qərara gəldi ki, yer tikilsin və orda bu əlyazmalar saxlanılsın. İki minə qədər qiymətli əlyazmalarımız var. Mən 30 ”“ 40 ildir bu əlyazmaları yığıram. Sovet dövründə qorxurdular, atırdılar, mən yığırdım. Mən onların hər birini ruhani idarəyə təhvil vermişəm. Prezident həzrətləri lütfelədi, onları saxlamaq üçün xüsusi yer ”“ bina tikirik. Çünki elə əlyazmalar var ki, XVI-XVII əsrdən qalıb. Onlar bu millətin, bu xalqındır və gələcəyə qalmalıdır. Bu böyük bir mənbədir.

- Bu gün evlərdə bayram süfrələri açılıb. Adətən insanları bu sual düşündürür ki, bayram süfrəsində hansı nemətlərin olması vacibdir? 

 - Mən elə bilirəm ki, bayram süfrəsində məhəbbət neməti olmalıdır. Bunu şəfqət mənasında deyirəm. Ən böyük nemət odur. Ata-ananın əlini məhəbbətlə öpmək və onlara hörmət göstərmək. Belə fikirləşirəm ki, süfrə arxasında oturanda bu ən böyük nemətdir. Qalanı da Allah nə veribsə onu yemək və Allaha şükür etmək, bu da böyük nemətdir. Mən istəməzdim deyəm ki, Allah Talanın yaratdığı nemətlərdən biri yüksək, biri aşağıır. Allahın yaratdıqlarının hər biri gözəldir. Hamısı da bizim üçün nemətdir. 

- Şamaxı astrofizika rəsədxanası ayın təzələnəcəyi tarixi dedi. Amma bu QMİ-də narazılıqlara səbəb oldu. Bu narazılıqlar nədən yaranır. Ümumiyyətlə hər il ramazan ayının sonu yaxınlaşanda vaxt ayrılığı yaranır. Bu nə ilə izah oluna bilər? 

 - Akademiya elmi müəssisədir. Dini müəssisə deyil. Ölkəmizdə din dövlətdən ayrıdır və rəsədxananın din adına danışması ruhanilərin hüquqlarını pozur. Ölkənin qanunlarını da pozur. O bizə elmi cəhətdən köməklik göstərə bilər. Biz hər şeyi Qurana və ya peyğəmbərin hədislərinə görə edirik. Peyğəmbər (ƏS) buyurur ki, “ayı görün oruc tutun, ayı görün bayram edin”. Ay da 30 gün olur. 31 gün olmur. Rəsədxananın dediyi elmi məsələdir. Biz peyğəmbər (ƏS) hədislərinə görə gözləyirik. Ola bilər ki, bununla bağlı bəzi ölkələrlə saat fərqi var. Səudiyyədə bu gün görünə bilər, Azərbaycanda ertəsi gün görünə bilər. Ona görə də peyğəmbər (ƏS) “görün sonra yeyin” demişdi. Texniki cəhətdən görün desəydi, mənim imkanım var ki, təyyarə ilə göyə qalxım və ayı görüb bayramı elan edim. Belə müasirləşən məsələlərdə din əldən gedə bilər. Peyğəmbər (ƏS) heç nəyi elə belə demir. Ayın doğulması elmi cəhətdən 1-2 gün əvvəldən baş verə bilər. Fətva isə ayın görünməsi ilə qəbul olunmalıdır. Bayram günlərinə görə dövlətə minnətdarlığımı bildirirəm. Başqa ölkələrdə bayram 1 gün oldu. Amma biz cənab prezidentdən xahiş etdik ki bizdə 2 gün olsun. 

- Ramazan bayramına həm də fitrə bayramı deyirlər. Vacibdirmi ki bayram axşamı hamı fitrə çıxsın? 

 - Vacib deyəndə, məcburin deyil. Namaz, oruc bunlar vacibdir. Amma elə şeylər var ki, vacib deyil, amma o cür olsa yaxşı olar. Zəkat da, fitrə də orucluqdan sonra vacib olur. Yaxşı olar ki, gün batıb ay görünəndə fitrəni çıxasan. Fitrə də 3 kilonun hesabında olur. Buğda, xurma, yaxud quru üzüm. İndi bizim dövlətdə buğda ucuzdur. Biz kasıblara da bir şey çatsın deyə adam başına 3 manatla 5 manat arasında müəyyəmləşdirdik bu məbləği. Fitrəni imkanı olan adam verməlidir. Elə adam var ki, ona fitrə düşür, o özü fitrə verə bilməz. Bu onun üçündür ki, fəqirləri yaddan çıxarmayaq. 

- Səfərdə olan adam fitrə çıxmalıdırmı? 

 - Səfərdə olan adam kimin evindədirsə, kimin himayəsindədirsə, fitrə onun boynuna düşür. Məsələn mən birinin evinə getsəm və bayram axşamı onunla olsam mənim fitrəm onun boynunadır. 

-Ramazan bayramında olur ki, insanların bəzisi qurban kəsir, yaxud da ziyarətlərə gedərək nəzirlər verirlər. Fitrə bunun içində gedir, yoxsa həmin insanlar fitrə çıxmalıdır? 

 -Kimsə istəyirsə qoyun kəssin, xoruz kəssin, fərqi yoxdur. Amma gərək niyyət edərək fitrəni ayırasan. Gərək niyyət edəsən ki, 30 gün tutduğum orucun fitrəsini çıxıram. Allah yolunda gərək o fitrəni çıxardasan. Bunu da sahibinə nə qədər tez çatdırsan o qədfər yaxşıdır. Onu gərək ilk növbədə yaxınlarına ödəyəsən. Yetim ”“ yesirə verəsən. Fitrəni vaxtında çıxmaq, vaxtında çatdırmaq vacib məsələdir. 

-İnsan bu ayda yalnız oruc tutmaqla, ac qalmaqla imtahan olunur? 

 -İnsan bütün bədəni ilə oruc tutmalıdır. Gözü ilə, dili ilə, bütün hərəkəti ilə insan özünü pis əməllərdən saxlamalıdır. Quran oxumalıdır, ibadət etməlidir, dua oxumalıdır və günahlarının bağışlanması üçün Allaha yalvarmalıdır. 

-Deyirlər oruc tutmasq həm də bərabərlik fəlsəfəsidir. Bu haqda fikriniz? 

 -Əlbətdə oruc fərqi yoxdur necə ki, Məkkə evində, Kəbə evinə gedəndə, Həccə gedəndə 2 parça geyinərlər. İstər milyonçu ol, istərsə varlı və ya yoxsul. Allah qarşısında hamı barəbardir. Allah dərgahhında bütün bəndələr bərabərdir. Ona görə də oruc tutmaq hamı üçün bərabərdir. Fərqi yoxdur. Varlı da yoxsul da orucun qaydalarına riayət edəcək və heç kim mövqeyinə görə orucu tez və ya gec aça bilməz.
Oxşar xəbərlər
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO