Bu gün Azərbaycanın internet məkanında aşğıda baxa biləcəyiniz bir video-görüntü yayınlanıb. Video Elchin Samedov adlı ACP üzvünün akkauntundan paylaşılıb.
Erməni zabitinin meyitinin ətrafındakı Azərbaycan əsgəri olması iddia edilən hərbçilərin heç birinin üzləri görünmür. Lakin onların danışıqları aydın eşidilir. Hadisənin nə zaman baş verdiyi və qeydə alındığı məlum deyil. Lakin ola bilər ki, bu görüntü bu gün Qazaxda baş verən hadisə ilə bağlıdır. "Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, Ermənistan tərəfindən cəbhə xəttinin neytral zonasına bir nəqliyyat vasitəsi daxil olub. Azərbaycan tərəfinin həmin nəqliyyat vasitəsini atəşə tutması nəticəsində bir nəfər erməni hərbçisi ölüb, biri isə yaralanıb. Nəqliyyat vasitəsi isə neytral zonadan çıxarılıb". Məsələnin maraqlı tərəfi budur ki, Ermənistanın müdafiə nazirliyi belə bir hadisənin baş verməsini etiraf edib. Lakin erməni zabitinin ölməsini gizlədir.