Xeyirli və cəfakeş bir kimlik. Mağazasına
təptəzə elektron tərəzi almış. Üzərinə çıxıb öz çəkisini dəqiqləşdirmiş. 85
kilo 300 qram olmuş. Sabahısı topdansatışdan mal alarkən maraq üçün oradakı
tərəzinin üzərinə çıxmış. Eyni paltar, eyni ayaqqabı. Çəkisi 88 kilo 200 qram
gəlmiş. Topdansatışın sahibinin Hacı deyə mötəbər ləqəblə çağırıldığını
düşünərək, buna inanmaq istəməmiş və başqa mal almaq üçün girdiyi qonşu
topdansatışda fürsət tapıb tərəzinin üzərinə çıxmış və yenə də 85.200 kq.
gəlmiş.
İllərdir alver etdiyi və dürüstlüyünə şübhə etmədiyi insanların bu hərəkəti onu xeyli məyus etmiş... Burası Azərbaycandır! Sonda gülümsəyərək söylədiyi təsəlli sözü bu oldu. Dəqiq deyə bilmərəm ki, kimsə tərəziyə xüsusi olaraq əl dolamış, və ya heç toxunmamış, ancaq alış-verişdə, restoranda hər an aldadıldığını hiss edən birisi kimi bu söhbətə inandım.
Maraq üçün yenicə elektrik dükanından aldığım bükülü 50 metrlik kabeli rus ruletkası ilə tənbəllik etmədən ölçdüm. 49 metrə 35 sm. gəldi. Burası Azərbaycandır! deyib gülümsəmək də olardı.Nədənsə tərəzidə, hesabda
aldatmağı böyük günah hesab edən onlarla tanıdığım ticarətçi qardaşımız gözümün
önünə gəldi və mən də təsəllimi bundan tapmış oldum...