Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın
günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Nazirlikdən Moderator.az-a
verilən məlumata görə, iyulun 24-dən 26-dək bəzi yerlərdə şimal-qərb küləyinin
saniyədə 15-20, arabir 23-27 metrədək güclənəcəyi, temperaturun Aran
rayonlarında və Naxçıvan Muxtar Respublikasında 33-38, bəzi yerlərdə 40, dağlıq
rayonlarda 25-30, Abşeron yarımadasında 33-36, bəzi yerlərdə 38 dərəcəyədək
yüksələcəyi gözlənilir.
İyulun
24-dən 26-sı gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin
saniyədə 15-20 metrədək, ayrı-ayrı yerlərdə isə arabir 23-27 metrədək
güclənəcəyi gözlənilir.
İyulun
23-də Bakıda havanın temperaturu gündüz 33-35 dərəcə isti olacaq.
İyulun
24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,
yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 23
metrədək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti
olacaq.
İyulun
25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz
keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 18-20 metrədək
güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.
İyulun
25-də axşam, 26-da gecə və axşam saatlarında Azərbaycanın bəzi dağlıq və
dağətəyi rayonlarında şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış
yağacağı, dolu düşəcəyi ehtimalı var.
İyulun
24-25-də Azərbaycanın rayonlarında havanın temperaturu gündüz 24-38, bəzi yerlərdə
40 dərəcə isti olacaq.
Yaxın
3 gündə Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda
arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda
diskomfort hissi yarada bilər.