Suriyada üsyançıların azadlıq ordusu tərkibində
döyüşən azərbaycanlılardan biri Bəşər Əsəd rejimi tərəfindən öldürülüb. Bu
barədə Moderator.az-a Suriyada öldürülən Tərtər rayon sakini Ənvər Zeynalovun
yaxınları məlumat verib. Məlumatda qeyd olunur ki, Ənvər Zeynalovun cənazəsini
Azərbaycana gətirmək mümkün olmayıb. Mərhumun yaxınları Azərbaycanın
hüquq-mühafizə orqanlarına müraciət etsələr də heç bir nəticə alınmayıb. Sonda
Ənvər Zeynalov elə Suriyada dəfn edilib.
Tərtər
rayonunda isə mərhumun yas məclisi təşkil olunub. Mərhumun valideynlərinin
yaşadığı Teymur Əmrahov küçəsində təşkil olunan mərasimdə yerli əhalidən daha
çox vəhabi təriqətinə qulluq edən dindarlar iştirak edib.
Tərtər
Rayon Polis Şöbəsinin sahə rəisi Şahin Hüseynov Moderator.az-a açıqlamasında
faktı təsdiqləyib. Sahə rəisi hüzr mərasiminin sakit şəkildə keçdiyini də deyib.
Xatırladaq ki, bir neçə ay əvvəl Suriyada döyüşən azərbaycanlıların
video müraciəti də yayılmışdı. Onlar soydaşlarımızı Əsəd rejiminə qarşı cihada
da çağırmışdı.
Moderator.az həmin video
müraciəti təkrar təqdim edir: