Maaş və pensiyaların artırılmasını zəruri və müsbət
qiymətləndirməklə yanaşı, 2 vacib məqamı da qeyd etməyi vacib hesab edirik:
1. Maaş və pensiyaların artırılmasının neçə faiz olacağı hamını düşündürür....
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda inflyasiya 2 faizdir və maaşların
məqbul səviyyədə artırılması, sistemli anti-inflyasıya tədbirləri ilə
tamamlanarsa, ölkədə makroiqtisadi sabitliyə heç bir xələl gəlməz. Azərbaycanda
əməyin ödənişi xərclərinin UDM-dəki payı məqbul hesab oluna biləcək həddən
xeyli aşağı olduğundan,süni qiymət artımının qarşısı alınsa, maaşların artımı
ciddi infilyasıya mənbəyi ola bilməz.
2. Əslində Azərbaycanda makroiqtisadi sabitliyə və əhalinin aztəminatlı təbəqəsinin güzəranına iqtisadi proseslərin məntiqində doğan inflyasiya yox, süni qiymət artımı ucbatından yaranan inflyasiya daha çox xələl gətirir. Çünki inflyasiyanın yarısından azı ölkədaxili iqtisadi proseslərin məntiqində doğan və “xaricdən gətirilən malların üstündə gələn” inflyasiya, yarıdan çoxu isə süni qiymət artımı ucbatından yaranan inflyasiyadır. Neçə illərin acı təcrübəsi göstərir ki, hökumət nümayəndələrinin maaşların artacağı barədə məlumat verdiyi günün səhəri, işbazlar qiymətləri süni şəkildə artırmağa başlayırlar. Qiymətlərin süni surətdə artırılmasının hər faizi Azərbaycan vətəndaşlarının ailə büdcəsinə 170 milyon manatdan artıq ziyan vurur. Süni qiymət artımıni cəmi 3 faizi isə əhalidən 500 milyon manatdan çox vəsaitin insafsızcasına qoparılması deməkdir. Ona görə də əgər kimsə kiminsə cibindən 5-10 manat pul oğurlayan zaman, bir necə il həbs cəzası verilirsə, süni qiymət artımı ilə məşğul olub, əhalinin çibindən hər il milyard manatlarla pul çıxaran mütəşəkkil cinayətkarlar da öz cəzasına çatmalıdırlar. Ona görə də artan maaşları süni inflyasiyanın yeminə çevrilməsinin qarşını almaqdan ötrü, hökumətin müvafiq strukturlarını maaşların artırılmasına qədər və maaşlar artandan sonra süni qiymət artımına qarşı təsirli tədbirlər görməyə çağırırıq.Əhalini süni qiymət arımı vasitəsilə bu cür aldadıb, artan maaşları süni inflyasiyanın “yeminə” çevirməklə, əllərindən almaq- dini dəyərlərimizə də ziddir. Əhalinin yoxsul təbəqəsi bu cür süni qiymət artımından daha çox əziyyət çəkir. İlin əvvəlindən maaşları artımını gözləyənlərin haqqının süni qiymət artımı hesabına mənimsəməyə hazırlaşanların nəzərinə bu müqəddəs RAMAZAN ayında çatdırırıq ki, bu cür qazanc haramdır və ondan xeyir tapmaq olmaz.....Bir də ki, sivil ticarətdə baha qiymətə satmaqla yox, ədalətli qiymətə çox mal satmaqla daha çox qazanmaq olur. Bizim dünya malından gözü doymayan, bəzi acgöz işbazlar da bu sadə həqiqətə əməl etsə, həm özləri daha çox qazanar, həm də xalq razı qalar....