Nə mutlu, "qafqazliyam" deyənə
Oxunub: 4117
17 Jul 2013 | 17:41
Nə mutlu,

Yox, bu bir seçki şüarı deyil.Ənənəvi olaraq mühüm kütləvi kompaniyalar zamanı belə vətənpərvər sloqanlara geniş yer verilir.

 Bu,dünyada türk olmağın məmnunluğunu nümayiş etdirən bir millətə başqa coğrafiyalarda yaşayan xalqların bənzəmək duyğusundan yaranan çağırış da deyil. Halbuki belə istəyin tam əsası olardı, çünki harada yaşamasından asılı olmayaraq eyni tarixi və mədəni kökləri bölüşən vahid topluluqların qürrələnməyə haqqı var.

 Bunu son günlər Rusiyanın Puqaçev qəsəbəsində bir şəxsin qətlə yetirilməsi ilə yenidən qafqazlıların kütləvi ittihamına cavab reaksiyası da saymağa tələsməyin. Söhbət Amerikada "qafqazlı"(Caucasian) termini ətrafında getdikcə dərinləşən linqvistik böhrandan və bununla bağlı ictimai münasibətlərdən gedir.

 Problemin kökü uzaq keçmişlə bağlı olduğundan ona sadə məsələ kimi yanaşmaq olmaz.İş ondadır ki,məlum ifadə -"qafqazlı" sözü ingilis dilində avropoid irqinə mənsub olmaq kimi anlaşılır. Rus dilindən fərqli olaraq Amerika qitəsində yüz illərlə belə hesab etmişlər ki,avropoid irqinin əsil təmsilçiləri müasir Gürcüstan ərazisində yaşayan xalqlardır. Sonradan bunun antropoloji-yeni fiziki quruluşu dəqiq təyin etməyən məfhum olduğunu görərək həmin ifadəni irqi üstünlük mənasında işlətməyə başlayıblar.Yəni, ağ rəngin daşıyıcıları asiyalılardan və hindulardan yuxarı tutularkən məhz "qafqazlı" olduqlarını iddia ediblər.Ona görə də başqalarını aşağı,özlərini yüksək kökə məxsus sayanlar ötən əsrin ikinci yarısından bütün rəsmi təqdimatlarda, anket və bürokratik blanklarda məlum tarixi mənsubiyyətlərini göstərməyi unutmayıblar. Bu isə indiki reallıqda xeyli çətinliklərə səbəb olur.

İş ondadır ki, Avropa qitəsində etnik əlamətə görə deyil, çox vaxt hansı irqin dayışıcısı olmaqla çağırılan millətlər indi "qafqazlı"ları sıxışdarmağa başlayıb.Belə ki,Cənubi Amerikadan gələnləri hər zaman "latın(latino) və ya "hispanik"(ispandilli mədəniyyətə aid olanlar) adlandırıblar.Əgər sual yaransa ki, hispaniklər Yeni Dünyaya- Amerikaya gələn ispanlıların birbaşa sələfləridir,bəs onda "qafqazlı" olaraq kimi nəzərdə tutmaq lazımdır? Məsələ artıq fərdlərin hüquqlarını pozmaq səviyyəsinə gəlib çatıbsa, deməli, sosial mahiyyət daşımaqla dövlət yetkililərini narahat etməyə başlayıb və adamlar dəqiq hüquqi çərçivələrin müəyyənləşməsini tələb edirlər.

Amerika məhkəməsi Abiqeyr Fişer adlı tələbənin iddiası üzrə işə baxır. Məsələ kifayət qədər maraq doğurduğundan ictimailəşib və medianın da diqqətini özünə cəlb edib. Texasda Osten Universitetinə qəbul olunmaq istəyən əlaçı abituriyentin cəhdi uğursuz olub, lakin o, bunu ədalətsizlik və diskriminasiya sayaraq qanuni hesab etmir. Fişerin qənaətinə görə İnstitut rəhbərliyi " irqi müxtəlifliyi təmin etmək naminə" onu deyil, başqa birisinə üstünlük verib və onun "qafqazlı" olması burada əsas rol oynayıb.

Məhz buna görə də kütləvi informasiya vasitələri həmin termindən tamamilə imtina etməyə çağıraraq əvəzində adamları ya rənginə, ya da hansı mədəni irsə aid olduğuna görə adlandırmağı məqsədəuyğun hesab edirlər. Lakin yaxın keçmişədək belə ayrıseçkiliyin -afroamerikalıların azadlıq və bərabərlik uğrunda hərəkatının amansız dərslərini yaşamış bir ölkəyə indi yenidən o dövrün istilalarına qayıtmaq da xeyli təhlükəli görünür.Ağ dərililər basqıya məruz qaldıqca hər cür vasitəyə əl atmağa çalışırlar.Lakin dərisinin rənginə görə "qafqazlı" olan amerikalılardan fərqli olaraq Rusiyanın qonşuluğunda məskunlaşan həqiqi qafqazlılar sözün əsil mənasında bu addan hər zaman ziyan çəkmişlər.

Əgər siz hər hansı tarixi ensiklopediyanı açıb orada " qafqaz millətinin nümayəndəsi" ifadəsinin nə demək olduğunu arasanız dəqiq bir təyinata rast gəlməyəcəksiniz. Çünki söhbət elmi yanaşmadan gedirsə, başqa cür də ola bilməz. Yalnız kütləvi informasiya resurslarında Qafqaz boyu yaşayan yerli xalqların toplusu-cəmi kimi izah etməyə çalışıblar.Halbuki bu etnoloji nöqteyi nəzərdən tam səhvdir,ən azı ona görə ki, Şimali Qafqaz əhalisinin 60 faizi-11 milyondan çoxunu ruslar təşkil edir. Ona qalsa Uralda yaşayanları, yaxud digər ərazilərdə özlərinə yurd tapanların hamısını coğrafi yerləşməsinə görə çağırmaq lazım gələrdi-məsələn,"ural milləti" kimi. Nə qədər qeyri-ciddi səsləndiyinin fərqindəsiniz.Bəs necə olub ki, "qafqazlı" termini ilə bu regionda yaşayan 50-dən artıq fərqli xalq və etnik topluluqları bir adda birləşdiriblər? Axı sağlam məntiq tələb edir ki, bir- birindən həm xarici görünüşü,həm də ənənə və mədəni dəyərləri baxımından fərqlənən millətləri vahid bir kriteriyə ilə ölçməyəsən, onları nifrət və düşmən hədəfinə çevirməyəsən.Bunun səbəbini milli ayrıseçkilik və işğal siyasətində axtarmaq lazımdır.

Rusiyada ictimai fikirdə həmişə neqativ qarşılanan o ifadənin daşıdığı məzmun en yaxşı halqa yad və deməli,təhlükəli xalqları özündə əks etdirib.Bu ölkədə hər gün nəşr olunan yüzlərlə qəzet gəlmələrin ictimai mühitə mənfi təsirini qabardarkən ən çox vurduğu hədəf "qafqazlı"lardır. Onların obrazı bütün kriminal, ekstremist təmayüllərin və hüquq mühafizə orqanlarının axtarışlarının baş yerində gedir."Cinayətkarın milliyyəti yoxdur" formulu burada işləmir. Əhalinin yarısından çoxunda belə qənaət möhkəmlənibsə, deməli, bütöv bir xalqın hamısının günahkar elan edilməsinin yanlışlığı haqda etiraz səsini qaldırmaq elə də effekt vermir, nəticəyə heç bir təsir göstərmir.

Qafqazafobiya həm də bütün dövrlər üçün gəlirli iş olub. Bundan faydalanan dairələrin isə kimliyi bir təkcə yerli satqınlar,yaxud ruslar deyil,həm də qafqazlıları yalnız "əcinnə ovuna" yararlı sayanlardır. Bu üzdən ksenofobiyanın tərəfdarları il ”“ildən artır. Qeyri-rəsmi məlumatlara görə Rusiyada belə millətçi cərəyanların üzvlərinin sayı milyon nəfərdən çoxdur.Ayrıseçkilik zəminində, kiminsə pasportuna ve əməlinə görə deyil, sifətinin quruluşuna görə cəzalandırılanların sayı isə get- gedə artır.Cəzasızlıq isə yeni cinayətlər doğurur.

Qafqazlıları həzm etməyən və onlarla keçmişin hesabını çəkənlərin müdafiəçiləri isə nəinki orta ranqlı məmurlardır, hətta rus Dumasının üzvləri de belələrinin himayədarıdır.Ötən əsrdə faşizmi məğlub edərək dünyanı böyük bir bəladan xilas etmiş bir dövlətin elitası ve rus xalqı indi başqa millətçi nasizmin ağuşuna itələnməməkdir. Belə görünür ki, antisemitizmi az qala üstələyən antiqafqaz əhval- ruhiyyəsi hər zaman yeni- yeni ixtilaflar doğuracaq,kütləvi qurbanlara səbəb olacaqdır. Hər məsələdə "qaralar"ın izini axtaran və onların timsalında potensial terrorçu görənlərin hər birinə xatırlatmağa dəyər ki, adları xüsusi siyahılara düşmüş adamyeyən Çikatilonu, Muxankini ve Ryaxovskini eldə əsas tutub heç kəs rus millətinin naturasında antihumanizm axtarmır, bir xalqı suçlandırmaq fikrinə düşmür.

Moskvalıların xüsusi seçilmiş millət olmasını düşünüb də gəlmələrin hamısını "vəhşi və qara " adlandırmağın sonucu heç vaxt uğurlu olmayıb. Bu vasitə ilə barbarlıqda qınananları ram edib özünə tabe etdirmək mümkün deyil. Qafqazlıları "dağdan enən və mədəniyyət tanımayan" adlandırıb ağıllandırmaq, müasirləşdirib qəddar vasitələrlə ram etmək üsulları hər zaman əks effekt verib.Bu qədim diyara xoş niyyətlə gələnlərin duz çörəklə qarşılandığını görməyənlərin əksine olaraq, zorakılığı və bölücülüyü stimullaşdıranların mükafatı terror olub.

Qafqazlılar dağ ucalığından qaynaqlanan təmizliyi, vüqarı, mərdliyi və xeyirxahlığı sayəsində yaşadıqları məkanların quruculuğuna hər zaman böyük töhfələr vermişlər. 2-ci dünya müharibəsində Vətən üçün canını fəda edənlərin milli mənsubiyyət çəkisində onlar xüsusi yer var. Dövlət işinin bütün sahələrində bu fədakar və yüksək ləyaqət daşıyıcısı olan millətlərin nümayəndələrini görmək mümkündür. Qafqaz özü bir sivilizasiyadır,mədəniyyət beşiyidir.Yüz illərdir ki, buraya dinclik və əmin-amanlıq verməyənlərin ziddinə olaraq qafqazlılar insanlığa və bəşəriyyətə uğurla xidmət edirlər.Onlar bu coğrafiyaya mənsubluqdan mutluluq və şərəf duyurlar.

Tanınmış rus kinorejissoru Leonid Qayday çədiyi məşhur "Qafqaz əsiri" filmi ilə fərqli mədəniyyətlərin maraqlı kontrastını yaratmağa çalışmışdı.Bir dağ respublikasına folklor toplamağa gələn gənclərinn yaşadığı macəralar on illərdir ki, hamının qəlbini oxşayır,baxanlara xoş ovqat aşılayır. Lakin tələbə Şurikin azad etmək istədiyi qafqazlı sevgilisi Nina ilə müqayisədə Rusiya nə özü Qafqazın əsarətindən qurtulur,nə də onlara müstəqillik bəxş edir. Ona görə amerikalı "qafqazlı" nın vəziyyətinə həsəd aparmağa dəyər!

 


Oxşar xəbərlər
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 22:35
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:30
Qərbi Azərbaycan Xronikası: Daşnaklar türkləriı Oxçu məscidində diri-diri yandırıblar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 22:06
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA