Rüstəm İbrahimbəyovla Milli Şura arasındakı əlaqəni kordinasiya edən və məşhur kinorejissorun Azərbaycanda yoxluğu şəraitində faktiki olaraq bu quruma rəhbərlik edən Eldar Namazov Milli Şura rəhbərliyində təmsil olunan şəxslərin qurumla bağlı mətbuata açıqlama verməsinə yasaq qoyub.
Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənbin sözlərinə görə, məqsəd Milli Şuranın gələcək planları ilə bağlı informasiya sizintısının qarşısını almaq, habelə yetkililər tərəfindən verilən və bir-birinə zidd olan fikirlərin meydana çıxmasını önləməkdir. Bu cür halların meydana çıxmasını önləmək üçün bundan sonra Milli Şura ilə bağlı lazımi açıqlamaların qurumun mətbuat xidməti tərəfindən verilməsi qərara alınıb. Habelə, qərara əsasən mətbuat xidməti KİV-ə verilən açıqlamaların mətnini E.Namazovla razılaşdırmalı və yalnız bundan sonra bu məlumatları ictimaiyyiləşdirməlidir. .