Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərərgahında həbsdə olan tanınmış vəkil Qurban Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib.
Moderator.az-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, toplantıda tanınmış ictimai-siyasi xadimlər, hüquq müdafiəçiləri və media nümayəndələri iştirak edib. Bildirilib ki, Qurban Məmmədovun həbsi qanunsuzdur və o tezliklə azad olunmalıdır. Müdafiə Komitəsi bu yöndə ardıcıl fəaliyyət göstərəcəyini bəyan edərək, Qurban Məmmədovun qanunsuz həbsinin büynəlxalq qurumların diqqətinə çatdırılacağını ifadə edib.
Məlumat üçün bildirək ki, Qurban Məmmədov ötən ilin sentyabr ayında baş vermiş avtoqəza ilə əlaqədar həbs olunub. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.