Bakının 2-ci mikrorayon ərazisində mənzillərə su və qaz verilməsində uzun fasilələr müşahidə edilir ki, bu da insanların ciddi narazılığına səbəb olur.
Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bəzən su və qaz təminatındakı fasilələr günlərlə davam edir:
“İstər su, istərsə də qaz təminatında bəzən günlərlə davam edən fasilələr yaranır ki, bu da insanların normal həyat nizamını pozur, onları suya və qaza olan tələbatlarını ödəmək üçün alternativ üsullardan istifadə etmək məcburiyyəti qarşısında qoyur. İnsanlar qaza olan ehtiyaclarını baha başa gələn elektrik enerjisi hesabına qismən də olsa ödəsələr də, su problemini həll edə bilirlər. Vətəndaşları narazı salan digər mühüm məqam isə qaz və su kəsilmələri ilə bağlı sakinlərə öncədən hər hansı xəbərdarlğın edilməməsidir. Sakinlərin sözlərinə görə, yetkililər sanki bununla bağlı vətəndaşlara öncədən xəbərdarlıq etməyi özlərinə əksiklik hesab edir, bu yöndə hər bir qərarı insanları bilgiləndirmədən alırlar. Nəticədə özünü dünyanın ən qabaqcıl ölkələrindən hesab edən bir dövlətin paytaxtında kosmos dönəmində ibtidai icma quruluşu üçün xarakterik olan mənzərə meydana çıxır. Isti yay günlərində yuyunmağa həsrət qalan tərli insan bədənləri, mətbəxdə günlərlə yığılıb qalan çirkli qab-qacaq və elelktrik sobalarında bişirilən yarıçiy-yarıbişmiş yeməklər...”
Şamil