AZ-LATIN">Xalq artıisti, İlhamə Quliyevanın facebook-da paylaşdığı fotolar diqqətləri özünə cəlb edib. Marağın səbəbi isə yayılan sənəd fotolarındakı bəzi ziddiyyət və anlaşılmazlıqlardır.
Belə ki, 1998-ci ilin 24 mayında Respublikanın xalq artisti adını alan İlhamə Quliyevanın sənədlərində, yəni 712 saylı fərmanda, Quliyeva İlhamə Həbib qızı yazıldığı halda, Azərbaycan Respublikası prezidentinin müğənninin "Şöhrət" ordeni ilə təltif etməsi haqda fərmanda Quliyeva İlhamə Məzahir qızı qeyd olunur.
Qeyd edək ki, ölkə ərazisində bütün sənədləşmələr, fəxri adlar və sair aktlar vətəndaşın şəxsiyyət vəsiqəsində necə yazılırsa, o cür tərtib olunur. Görəsən, İlhamə xanımın vətəndaşlığını bildirən neçə sənədi var?
Bütün bunlarla bağlı xalq artistinin mövqeyini dərc etməyə hazırıq. (veteninfo.az)
Atasının adıyla bağlı qalmaqal" src="//old.moderator.az/fotobaza/original/223.jpg">