Yeni Müsavat qəzetinin baş redaktorunun müavini Azər Ayxan sosial şəbəkələrdə yazdığı statusda adını çəkmədən AXCP lideri Əli Kərimliyə qarşı ağır ittihamlar səsləndirib. AXCP sədrini Müsavat başqanı İsa Qəmbərə qarşı oyunlarda suçlayan A.Ayxanın bu açıqlamasına qarşı tərəfdən cavab gəlib.
Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmədli “Yeni Müsavat” qəzetinə qarşı şok ittiham səsləndirib:
“Uzun İllər idi ki, AXCP funksionerləri “Yeni Müsavat” qəzetinə hər hansısa bir açıqlama verməkdən imtina edirdilər .Bizim partiya bu boykot qərarını aradan qaldırsa da mən onlarla razılaşmadım və bu qəzetə açıqlama verməkdən hər zaman imtina etmişəm. Mənim “Yeni Müsavat” qəzetinə qarşı bu cür davranışım təsadüfi deyil. Bu gün Yeni Müsavat qəzeti müstəqilliyini tam itirib və hakimiyyətin bir strukturu kimi fəaliyyət göstərməkdədir”.
Xəyal Əzizov