İsgəndər Həmidov və Mirmahmud Mirəlioğlu da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyblər.
***
12.39
İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov bu ayın sonunadək ölkəyə qayıdacaq. İsa Qəmbər əminliyini ifadə edib ki, Milli Şuranın namizədi ölkəyə 100 min nəfərlik mitinqədək qayıdacaq.***
Rüstəm İbrahimbəyovun elektron imzası alınıb. İmzanı Eldar Namazov nümayiş etdirib.
***
Əli Kərimli Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib.
Milli Şura sədrinin memorandumu imzalayacağı və məsuliyyəti üzərinə götürdüyünü bəyan edəcəyi gözlənilir.
***
Vətəndaş Həmrəyliyi və Açıq Cəmiyyət partiyaları da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyiblər.
***
Əvəz Temirxan da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib. Onun sözlərinə görə, bu, tarixi məqamdır. Əvəz Temirxan xatırladıb ki, Rüstəm İbrahimbəyov “Oskar” mükafatı laureatıdır, yüksək intellektli insandır və bu keyfiyyətlər onun ən uğurlu namizəd olduğunu göstərir.
****
Milli Şuranın sessiyasında vahid namizədlə bağlı müzakirələr başlayıb. Belə ki, Eldar Namazov vahid namizədliyə Milli Şura sədri Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb.
Daha sonra isə Mustafa Hacıbəyli təklif edib ki, Milli Şurada mitinqlərin təşkili üçün komissiya yaradılsın.