Moderator.az xəbər verir ki, “Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti və perspektivlərinin təbliği” adlı konfrans çərçivəsində Estoniyada səfərdə olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini noyabrın 7-8 tarixlərində bir sıra görüşlər keçirib.
Rəfi Qurbanov 7 noyabr tarixində Estoniya İnteqrasiya Fondunun Milli Azlıqlarla iş üzrə şöbənin müdiri və Fondun mədəni müxtəlifliklər üzrə müşaviri Kristina Pirgop, noyabrın 8-də Mədəniyyət Nazirinin mədəni məsələlər üzrə müşaviri, xanım Ann-Li Reyma, Tallin şəhərinin Mədəniyyət Departamentinin rəhbəri xanım Aini Hərm ilə görüşüb.
Görüşlərdə qarşı tərəfə Fond haqqında geniş məlumat verilib, qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb, eləcə də tərəfləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, işğal altında olan və ermənilər tərəfindən məhv edilən irsimizin qorunmasında beynəlxalq ictimaiyyətin müdaxiləsinin güclöndirilməsinə dəstəyin verilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çardırılması Fondun əsas məqsədlərindən biridir.