“Ermənilər özləri də yaxşı bilirlər ki, Dağlıq Qarabağ məsələsi nə dərəcədə Azərbaycanın müstəqilliyinə, suverenliyinə mane olursa, iki dəfə ondan da artıq ermənilərin öz müstəqillik və suverenliyinə mane olur”.
Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaloğlunun sözlərinə görə, XX əsrin əvvəllərində Azərbaycan və digər Qafqaz xalqlarının azadlığına əngəl olan ermənilər, bu gün də Qafqaz xalqlarının azadlığı yolunda əsas maneə olaraq qalmaqdadır:
“Qarabağ problemi ermənilərin müstəqilliyi və suverenliyi qarşısında duran ən böyük problemdir. Vaxtiylə Məmməd Əmin Rəsulzadə deyirdi ki, ermənilərin torpaq iddiası nə qoydu ki, ermənilər azad olsun, nə də qoydu ki, Gürcüstanla Azərbaycan azadlq əldə etsin. Ermənilərin bu hərəkəri bütün Qafqaz xalqlarının istiqlalına hər zaman çox böyük əngəl olub və bu gün də əngəl olmaqda davam edir”.
Seymur ƏLİYEV