Ermənilərin zaman-zaman Azərbaycan xalqının maddi-mədəniyyət nümunələri ilə yanaşı, onun mədəniyyət və incəsənət nümunələrinə də sahibləndiyi, xalqımıza məxsus bir çox dəyərləri özününküləşdirməyə cəhd etdiyi hər kəsə bəllidir.
Moderator.az xəbər verir ki, bu günlərdə ermənilər əksər dünya xalqlarının geniş istifadə etdiyi konyak içkisi ilə bağlı da eyni addım addımı atmağa cəhd edib. Belə ki, əsl konyakın yalnız ermənilər tərəfindən istehsal edilə biləcəyini bildirən düşmən mediası, öz iddialarını isbatlamaq üçün böyük tarixi şəxslərin adından da istifadə edir, qondarma tarixi “faktlar” uydurmaqla dünyanı öz yalanlarına inandırmağa çalışırlar.
Erməni mediası iddia edir ki, onların istehsal etdiyi konyak hələ II Dünya Müharibəsinin iki nəhəng ismi olan Çörçill və Stalin tərəfindən də məftunluqla qarşılanıb, bu konyak dünya ldierləri arasındakı söhbətlərin “əsasını” təşkil edib. 1945-ci ildə Stalinin Çörçilə bağışladığı “Dvin” konyakının Böyük Britaniyanın baş naziri tərəfindən hədsiz bəyənildiyini, lakin 1947-ci ildə Çörçilin konyakın keyfiyyəti ilə bağlı Stalinə şikayət etdiyini bildirən erməni mediası ayzır:
“Sovet lideri problemi anlamağa və həll etməyə qərar verdi. Araşdırma nəticəsində İrəvan konyak fabrikinin ustası Margar Sedrakyanın Sibirə sürgün edildiyi, bu səbəbdən də konyakın əvvəlki keyfiyyətlə istehsal edilmədiyi bəlli olur. Çörçilin xahişi ilə Stalin erməni ustasını sürgtündən geri qaytarır və bundan sonra “Dvin” konyakı əvvəlki dadına qovuşur”.
Məqalənin sonunda bir qədər də irəli gedən erməni müəlliflər yazır: “İllər sonra məşhur rus yazıçısı Boris Pasternak Margar Sedrakyan haqqında yazırdı ki, o, konyakın ermənmicə danışdığını bütün dünyaya etiraf etdirdi”.
Göründüyü kimi, erməni əlindən çıxmayan konyakı konyak hesab etməyən Ermənistan, yuxarıda qeyd olunan qondarma “tarixi faktlarla” müasir dünyanın da erməni konyakına marağını artırmağa, onları məhz Ermənistan istehsalı olan konyakdan istifadəyə təşviq etməyə çalışır.
Seymur ƏLİYEV