Azərbaycan Xalq Cəbhəsinin 30 illiyi - Tarixçi professor yazır...
Oxunub: 3965
13 Jul 2019 | 10:21
Azərbaycan Xalq Cəbhəsinin 30 illiyi  - Tarixçi professor yazır...
(I yazı)

XALQ CƏBHƏSİ YARADILMASI İDEYASI
                                      
PRİBALTİKA: ESTONİYADA İLK XALQ CƏBHƏSİ YARADILIR

Əslində Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı. Pribaltikada sovet rejiminə qarşı kəskin mövqedə olanların sayı çox idi və bu bölgəyə Qərbin də güclü təsiri var idi. Digər tərəfdən, sovet rejimi başqa sovet respublikaları ilə müqayisədə Pribaltika  respublikalarına daha sonra “daxil olmuşdu”. Nəticədə azadlığı görmüş, müstəqil dövlətlərinin vətəndaşı olmuş insanlar Pribaltikada çox idi və onların sovet işğalına böyük nifrəti var idi. 
Mövcud digər səbəbləri də buraya əlavə etsək, Pribaltikada Sovet dövlətinə qarşı kəskin mübarizə başlayırdı. Belə bir vaxtda – 1988-ci ilin oktyabrın 1-2-də Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin Təsis Konfransı keçirildi.
Qeyd edək ki, hələ 1988-ci ilin aprelin 13-də Estoniya Televiziyasının “Bir daha fikirləşək” proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu, reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı.

AZƏRBAYCAN  XALQ  CƏBHƏSİNİN YARADILMASINA  DOĞRU İLK ADDIMLAR. ZƏRDÜŞT  ƏLİZADƏNİN  FƏALLIĞI
Zərdüşt Əlizadə 1987-ci ildən başlayaraq Azərbaycan ziyalılarını bir araya gətirməkdə fəallıq göstərməyə başladı. Həmin dövrdə o, erməni alimi Aqanbekyanın Fransa mətbuatındakı müsahibəsinə cavab yazıb, Akademiyanın alimlərinə məlumat verir, onlardan dəstək almaq istəyirdi. Akademiyanın Fizika İnstitutunda üç nəfər onunla tam şəkildə həmrəy oldular: Tofiq Qasımov, Mirbaba Babayev, Ağacavad Salamov.
Bundan sonra ilk olaraq aşağıdakı şəxslərbir araya gələrək gizli toplantılar keçirməyə başladılar: Zərdüşt Əlizadə, Tofiq Qasımov, Mirbaba Babayev, Ağacavad Salamov, Emin Əhmədov, Süleyman Əmirov, Sənubər Bağırova, Leyla Yunusova, Arzu Abdullayeva, Toğrul Əfəndiyev, Müslüm Eldarov, Elçin Əliyev, Rasim (?)  və digərləri.
Bu insanlar Zərdüşt bəyin, Hikmət bəyin, Leyla və Arzu xanımın mənzillərində(sonradan müəyyən yer ayrıldı) toplaşıb iclaslar keçirirdi. Həmin toplantıların birində Bakı Alimlər Klubunu yaratmaq ideyası ortaya çıxdı və bu istiqamətdə çalışmalara başlanıldı. Hazırlanmış sənədi Ağacavad Salamovla, Mirbaba Babayev Bakı Şəhər Sovetinə aparıb təqdim etdilər.
1988-ci ilin noyabr mitinqlərində Bakı Alimlər Klubunun üzvləri meydanın bir küncündə Xalq Cəbhəsinin yaradılması təbliğatı ilə məşğul olur, oraya gələnlərə məramlarını anladır, AXC-nin ilk proqramını paylayırdılar. Həmin mitinqlərdə çoxlu sayda insan  AXC sıralarına yazıldı.
Kürsüdən isə bəzi mitinqlərdə çıxış edən bəzi şəxslər xalqa BAK üzvlərinin DTK ilə bağlı olduqlarını söyləyərək, təhqiramiz sözlər də işlədirdilər.
Qeyd edək ki, AXC-nin ilk proqramını Zərdüşt Əlizadə yazmış, BAK-ın toplantısında müzakirə edilmiş, müəyyən müzakirələrdən və düzəlişlərdən sonra əlyazması Ağacavad Salamova verilmiş, o da öz şəxsi yazı makinasında çap etmişdi.
Beləliklə, formalaşmağa başlayan AXC Təşəbbüs Qrupuna iki tərəfdən yaxınlaşma var idi: bir tərəfdən BAK, digər tərəfdən “Varlıq” və “Çənlibel”. Birincilərin əlində Proqram var idi və təşkilatlanma təşəbbüsündə idilər, ikincilər isə meydanın kürsüsündə dayanıb çıxışlar edirdilər. Odur ki, ikinciləri xalq daha çox tanıyırdı, birincilər isə bir o qədər tanınmırdılar.

AZƏRBAYCAN  XALQ  CƏBHƏSİNİ YARATMAQ  TƏŞƏBBÜSLƏRİ
1988-ci ilin iyul-avqust aylarından Azərbaycan Xalq Cəbhəsi yaradılması ideyası ətrafında müzakirələr gedirdi. İlk toplantılar Bakı Şəhər Partiya Komitəsinin Tətil əleyhinə ayırdığı yerdə, şəhərin mərkəzində  Nəsiminin heykəlinin yanındakı o qədər də rahat olmayan bir otaqda gedirdi (Vidadi küçəsi-125). Bu söhbətlər çox qızğın olurdu, vacib problemlər, onların həlli yolları müzakirə edilirdi.
Toplantılara gələnlərin sayı getdikcə çoxalırdı və mövcud darısqal otaqda iclasların keçirilməsi mümkün olmurdu.
       
Oktyabrın 13-də Ü. Hacıbəylinin Ev muzeyində 37 yerlik zirzəmiyə 60-a qədər adam toplaşdı. İştirakçılar dəhlizdə, pilləkəndə, muzeyin həyətində dayanmışdılar. Toplaşanlar arasında  professor Xudu Məmmədov, rejissor Eldar Quliyev, pianoçu Fərhad Bədəlbəyli, Məhəmməd Hatəmi və digərləri var idi.
Z. Əlizadə AXC-nin proqramını bənd-bənd oxuyub iştirakçıların fikrini soruşurdu. Professor  Xudu Məmmədov çıxış edib adamları uzaqgörənliyə, ağıla əsaslanmağa, hər bir işi qanun çərçivəsində görməyə çağırdı, partiya və hökumətlə birgə işləmək yollarını aramağa dəvət etdi.
Müzakirələr getdiyi zaman Xudu müəllim əvvəl birisi ilə mübahisə etdi və sonra  özünü pis hiss etməyə başladı (muzeyin zirzəmisində də insanlar çox toplaşdığından hava çox ağır idi). Tez bir anda o, kresloda əyləşmiş halda xırıldamağa başladı. Onu yuxarı qaldırıb xalçanın üstünə qoydular. Təcili Yardım maşını gələndə o, artıq keçinmişdi. Məlum olub ki, X.Məmmədov üç dəfə infarkt keçirib, bir gün əvvəl isə “Qayğı”  cəmiyyətinin təsis konfransında əsəbiləşib.
Bu hadisədən sonra toplantı yarımçıq qaldı. Professor X.Məmmədovu İkinci Fəxri Xiyabanda dəfn edildi.
Xalq Cəbhəsinin yaradılması prosesinə 17 noyabrda başlanan mitinqlər isə başqa bir xarakter verdi və təsir göstərdi. Yəni burada kütlə amili əsaslı rol oynamağa başladı.

AZƏRBAYCAN  XALQ  CƏBHƏSİ MÜVƏQQƏTİ TƏŞƏBBÜS MƏRKƏZİNİN  YARADILMASI


1988-ci  ilin yayında “Bakı  Alimlər Klubu”nda birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında AXC yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı (əsas şüar: SSRİ daxilində respublika suverenliyinə nail olmaq idi).
1988-ci ilin 17 noyabr- 5 dekabr mitinqləri dövründə AXC-nin 250-yə yaxın yaxın dayaq dəstəsi yaradılması barədə məlumatlar “BAK” və “Varlıq”da toplanmışdı.
Meydan hərəkatı yatırıldıqdan sonra hər iki qrup öz iclaslarını keçirirdi. BAK-da hər iki qrupun birləşməsini və eyni zamanda bu fikrin əleyhinə olanlar da var idi (Zərdüşt Əlizadə və Tofiq Qasımov  əleyhinə idilər). Lakin hər iki tərəf arasında görüşlər  davam edirdi. “Varlıq” və “Çənlibel” üzvlərinin əsas iradı mövcud Proqrama idi. Qarşı tərəf isə etiraz etsə də, alternativ bir proqram hazırlamamışdı. Sonda ümumi razılaşma oldu ki, hələlik mövcud proqram ətrafında birləşilsin və AXC Təşəbbüs Qrupunun Koordinasiya Şurası yaradılsın. Bu Koordinasiya Şurası AXC-nin proqramını hazırlasın və AXC-nin Təsis qurultayının keçirilməsi üçün fəaliyyət göstərsin. İlk iclası isə (gizli olaraq) Ağacavad Salamovun Bakının ucqarında yerləşən mənzilində keçirmək qərara alındı (indiki Əhmədli qəsəbəsi, Gəncə prospekti 79, ev 129; o zamankı Vunq Tan küçəsi, “Xəzər” univermağının yanı).
Qeyd edək ki, AXC Təşəbbüs Qrupu Koordinasiya Şurasının yaradılması ideyası Hikmət Hacızadəyə mənsub idi.
1989-cu ilin fevralın 25-də A.Salamovun evində Koordinasiya Şurasının ilk toplantısı keçirildi. Bu toplantıda beş nəfər “Varlıq”dan, beş nəfər də BAK-dan olmaq üzrə on nəfərlik AXC Təşəbbüs Qrupunun Koordinasiya Şurası yaradıldı. Seçilən on nəfər aşağıdakılar idi: “Varlıq”dan – Əbülfəz  Əliyev (Elçibəy), Nemət Pənahov (özü toplantıda yox idi, İsa Qəmbərov, Pənah Hüseynov, Vurğun Əyyubov; BAK-dan – Tofiq Qasımov, Hikmət Hacızadə, Leyla Yunusova, Zərdüşt Əlizadə, Ağacavad Salamov.
Təşəbbüs Qrupunun Nizamnaməsi hazırlandı və bu Nizamnaməyə görə üç aydan sonra Koordinasiya Şurası yenidən seçilməli idi.
Təşəbbüs Qrupunun (bu dəfə Koordinasiya Şurasının) ikinci toplantısı Sabit Bağırovun mənzilində oldu. İlk Nəzarət Təftiş Komissiyasının yaradılması təklifi ilə A.Salamov çıxış etdi və təklif qəbul edildi.
Bir neçə ay ərzində Təşəbbüs Qrupu AXC-nin Proqram və Nizamnaməsinin layihəsini işləyib hazırladı. Bununla əlaqədar respublika təsərrüfat hesabı məsələlərinə və Azərbaycan xalqının tarixi problemlərinə həsr edilmiş bir neçə seminar keçirildi. Azərbaycandakı digər qeyri-rəsmi təşkilatların nümayəndələri ilə birgə konfrans təşkil olundu. Belə qeyri-rəsmi qruplardan olan  “Varlıq” Təşəbbüs Qrupu ilə birgə Azərbaycan Xalq Cəbhəsinin bazasını yaratdı.

AXC  Müvəqqəti  Təşəbbüs Mərkəzinin  təsisçiləri isə  27 nəfər oldu:

1.Abdullayeva Arzu
2.Ağamalı Sadiq
3.Ağayev Fəxrəddin
4.Babayev Mirbaba
5.Bağırov Sabit
6.Bağırova Sənubər
7.Qasımov Tofiq
8.Qəmbərov İsa
9.Qəmbərov Məhəmmədhəsən
10.Qraçov Anatoli
11.Eldarov Müslüm
12.Əyyubov Vurğun
13.Əlizadə Zərdüşt
14.Əliyev Əbülfəz
15.Əfəndiyev Altay
16.Əhmədov Emin
17.Zülfüqarov Nəriman
18.Yunusova Leyla
19.Manafov Vahab
20.Nəcəfov Nəcəf
21.Salamov Ağacavad
22.Səfixanov Vaqif
23.Tkaçenko Georgi
24.Ümidov Canbaxış
25.Hacızadə Hikmət
26.Hüseynov Pənah
27.Cabbarova Zəminə

AXC MTM-nin təsis yığıncağında hər iki aydan bir dəyişdirilən Koordinasiya Şurası seçildi: Sabit  Bağırov , Tofiq Qasımov, İsa Qəmbərov , Vurğun Əyyubov, Zərdüşt Əlizadə , Əbülfəz Əliyev, Nəcəf  Nəcəfov, Ağacavad Salamov, Hikmət  Hacızadə, Pənah Hüseynov(O Firidun Cəlilovu əvəz etdi0.
Qeyd edək ki, yalnız AXC Müvəqqəti Təşəbbüs Mərkəzi həmin dövrdə Qarabağ hadisələri haqqında Ümumittifaq və Dünya ictimaiyyətinə həqiqi məlumatları çatdırırdı. 
1989-cu ilin martın 13-də AXC Müvəqqəti Təşəbbüs Mərkəzi  qeydiyyata alınmaq üçün respublika Ali Sovetinə və Birinci katib Ə. Vəzirova müraciət etdi. Minlərlə Azərbaycan vətəndaşı da Müvəqqəti Təşəbbüs Mərkəzinə qoşularaq AXC-ni müdafiə üçün Azərbaycan KP MK-nın Birinci katibi Ə. Vəzirova müraciət etdi. Tanınmış ədəbiyyat xadimləri olan İ. Şıxlı, Y. Səmədoğlu, M. Araz və S. Rüstəmxanlı da cəmiyyətin demokratikləşməsi üçün xalqı AXC ətrafında birləşməyə çağırdı.


AXC MÜVƏQQƏTİ TƏŞƏBBÜS  MƏRKƏZİNİN  FƏALİYYƏTİ


1989-cu ilin aprelin 14-də Azərbaycan KP MK-nın Birinci katibi Ə. Vəzirov AXC Təşəbbüs Mərkəzi Əlaqələndirmə Şurasının üzvləri ilə görüş keçirmək məcburiyyətində qaldı. 
Həmin ilin mayın 13-15-də Tallin şəhərində Pribaltika Xalq Cəbhəsinin Assambleyası keçirilmişdir. AXC MTM-ni Pənah Hüseynov, Emin Əhmədov və Nəriman Zülfüqarov təmsil etmişlər.

AZƏRBAYCAN  SSR  ALİ  SOVETİ RƏYASƏT  HEYƏTİNƏ

Bu dövrdə AXC Müvəqqəti Təsis Mərkəzi Azərbaycan Ali Sovetinə belə bir müraciət qəbul etdi: 
“Müvəqqəti Təsis Mərkəzi Azərbaycan Xalq Cəbhəsinin Məramnamə və Nizamnamə layihələrini  hazırlamış, geniş xalq kütlələrinin bu barədə rəyini öyrənmişdir. Respublikada AXC-nin çoxlu sayda dayaq dəstələri mövcuddur ki, onlar hal-hazırda yenidənqurma uğrunda fəal mübarizəyə qoşulmaq əzmindədirlər...”
1989-cu ilin  mayın 14-də AXC Təşəbbüs Mərkəzi həmin dövrdə çox insanların məlumatsız olduğu bir tarixi hadisəni də xalqa xatırladırdı: 28 May İstiqlal Günü!
Məlum olduğu kimi, 1918-ci ilin 28 Mayında baş vermiş bu tarixi hadisə Sovetlər Birliyi dövründə rəsmi olaraq qadağan edilmişdi. Bu günün mahiyyəti, dövlətçilik tariximizdəki yeri və rolu haqqında Azərbaycan insanında  bilgilər az idi. Odur ki, belə bir dövrdə AXC Təşəbbüs Mərkəzinin Azərbaycan İstiqlalının 71-ci ildönümü münasibəti ilə xalqımıza təbrik-müraciəti ünvanlamasının böyük əhəmiyyəti var idi.

AZƏRBAYCAN  XALQ  CƏBHƏSİ TƏŞƏBBÜS  MƏRKƏZİ  XALQA  MÜRACİƏT  EDİR

Azərbaycan  Xalq Cəbhəsinin Təşəbbüs Mərkəzi həmin dövrdə “Azərbaycan xalqına! Respublikanın bütün vətəndaşlarına” adlı müraciət qəbul etdi. Həmin müraciətdə yazılırdı ki, beşinci ildir cəmiyyətimizdə inzibati-amirlik sosializminin gətirib çıxardığı iqtisadi və mənəvi fəlakətdən qurtulmaq üçün ölüm-dirim mübarizəsi gedir. Siyasi və iqtisadi azadlıq, hüquqi cəmiyyət və milli suverenlik uğrunda ümumxalq hərəkatı başlayıb.
Müraciətdə Dağlıq Qarabağ hadisələrinin həllində bürokratiyanın acizliyi, milli mənafeləri müdafiə üçün tam gücsüzlüyü, 200 min azərbaycanlının öz yurdlarından didərgin salındığı, Ermənistan hökumətinin təcavüzkar hərəkətlərinə rəsmi etiraz edilmədiyi qeyd edilmişdi.

(Ardı var)

Nəsiman Yaqublu
Tarix elmləri doktoru
Oxşar xəbərlər
23:22, Bu gün
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
23:12, Bu gün
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
23:02, Bu gün
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
22:55, Bu gün
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
22:47, Bu gün
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
22:42, Bu gün
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO