Bu kadrlar nə İraqın Kərkük, nə də Suriyanın Hələb şəhərində lentə alınıb...  - FOTO+VİDEO
6022
25 Jun 2019 | 23:49

Bu kadrlar nə İraqın Kərkük, nə də Suriyanın Hələb şəhərində lentə alınıb... - FOTO+VİDEO

Dəyərli oxucu! İyun ayına xas olmayan nəfəskəsən istilər məmləkət insanının, xüsusən də paytaxt sakinlərinin xeyli narahatçılığına səbəb olub. Nəzərə alsaq ki, Bakıda park və xiyabanların ərazisi xeyli məhdudlaşıb və istirahət zonaları sakinlərin günəşdən, əlverişsiz havalardan daldalanmaları üçün yetərli deyil, o zaman mövcud parkların ərazisinin maksimum abadlaşdırılaraq insanların ixtiyarına verilməsi həyati önəm kəsb edir. 

Amma indi oxuculara təqdim edəcəyimiz acınacaqlı mənzərə təkcə məmur səriştəsizliyinin deyil, həm də vətəndaş məmnunluğu üçün boynu qıldan nazik olan səlahiyyət sahiblərinin yarıtmaz idarəçiliyinin bariz nümunəsidir. 

Gördüyünüz bu kadrlar nə İraqın Kərkük, nə də Suriyanın Hələb şəhərində lentə alınmayıb. Nəsimi rayon icra hakimiyyətinin inzibati binasının 20-30 metrliyində, Vaqif küçəsində məşhur Zorge parkı deyilən ərazinin acınacaqlı görüntüləridir. Biz ölkə başçısının köməkçiləri olaraq yazmaq və göstərməklə işimizi bitmiş hesab edirik. Parkın bu cür acınacaqlı görkəmi üçün cavabdeh olan qurumların və şəxslərin məhşər ayağına çəkilməsi isə müvafiq strukturların vəzifə borcudur. Kimsə vəsait çatışmazlığı və digər bəhanələrlə insanların gözünə kül üfürməyə cəhd etməsin, hər şey gün kimi ortada, təkcə cəzalanan yoxdur. Hələ ki...

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər