Xəbər lenti
21/07/2019 [10:53]:
Türkiyə İraqda PKK-nın daha 3 terrorçusunu məhv etdi
21/07/2019 [10:45]:
Ukraynanın Azərbaycandakı səfirliyində parlament seçkiləri üzrə səsvermə başlayıb
21/07/2019 [10:43]:
Qərbi Afrika sahillərində Ukrayna gəmisində yanğın oldu
21/07/2019 [10:29]:
"Haram yeyən ibadətdən ləzzət ala bilməz və ibadəti qəbul olunmaz..."
21/07/2019 [10:18]:
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
21/07/2019 [10:15]:
Bakıda 5 nəfər köməksiz vəziyyətdə qaldı
21/07/2019 [10:12]:
Dizlərim, belim ağrıyır, təzyiqim olur, istəyirəm bu problemlərə görə arıqlayım"
21/07/2019 [10:12]:
İnsanı ağıllı edən 3 sadə hobbi
21/07/2019 [10:10]:
Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu
21/07/2019 [09:56]:
Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu
21/07/2019 [09:54]:
"Qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də, qəssab onun bu naləsinə baxmaz..."
21/07/2019 [09:42]:
Aslının evində toy oldu - FOTOLAR
21/07/2019 [09:37]:
Xaçmaz pomidoru bol olacaq - Yaxın günlərdə Bakı bazarlarında
21/07/2019 [09:31]:
Bərdədə ticarət obyektlərində yanğın oldu
21/07/2019 [09:26]:
“Danas”a görə Yaponiyada 110 min insan təxliyyə olunur
21/07/2019 [09:20]:
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
21/07/2019 [09:20]:
NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırdı
21/07/2019 [09:17]:
Gürcüstanda polislə oğrular arasında atışma oldu
21/07/2019 [09:15]:
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başladı
21/07/2019 [09:12]:
"Qəbələ” ilkin sifariş vərəqini UEFA-ya təqdim etdi
21/07/2019 [09:09]:
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21/07/2019 [08:57]:
"Siyasətə qarışmağa cəhd edən jurnalist yekunda gerçəkliyi saxtalaşdırır" - Nobel mükafatçısı
21/07/2019 [08:43]:
“Ruhumuz da, qanımız da, canımız, varlığımız da eynidir” - FOTO
21/07/2019 [08:38]:
Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək
21/07/2019 [08:37]:
Rusiyada daşqın zonasında 8 nəfər itkin düşdü
21/07/2019 [08:31]:
Şeron Stoun özünü şahzadə Diana ilə müqayisə etdi
21/07/2019 [08:25]:
“Volvo” 500 min avtomobilini geri çağırdı
21/07/2019 [08:20]:
Angela Merkelin gəlirləri açıqlandı
21/07/2019 [08:19]:
Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi - FOTOLAR
21/07/2019 [01:09]:
Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO
21/07/2019 [00:17]:
Məşhur dizaynerin gəlininin 96 minlik gəlinliyi - FOTOLAR
21/07/2019 [00:11]:
Bakıda restoranda kütləvi dava oldu - FOTO
21/07/2019 [00:08]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
21/07/2019 [00:00]:
Nil Armstronqun Ayda çəkilən bu görüntüləri 50 il sonra üzə çıxdı - FOTOLAR
20/07/2019 [23:46]:
İstanbulda yaxta belə alovlandı - VİDEO
20/07/2019 [23:44]:
Kişi və qadın arasında yaş fərqi - Nəhayət açıqlandı
20/07/2019 [23:39]:
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
20/07/2019 [23:27]:
Rüfət Aslanlının Türkiyədəki dəbdəbəli həyat tərzi, İstanbul keyfi... - FOTO+VİDEO
20/07/2019 [23:27]:
Şumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiya
20/07/2019 [23:21]:
İstanbulda əməliyyat: 217 cinayətkar saxlanıldı
20/07/2019 [23:16]:
Cənubi Asiyada musson yağışlar nəticəsində ölənlərin sayı 152-ə çatdı
20/07/2019 [22:58]:
Tovuzda gənc oğlan dönərdən zəhərləndi
20/07/2019 [22:15]:
Yevlaxda minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var
20/07/2019 [22:09]:
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
20/07/2019 [21:55]:
Anası tərəfindən şiddət görən uşaq evdən qaçdı - FOTO
20/07/2019 [21:43]:
Cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar - FOTO
20/07/2019 [21:39]:
Rəşad Dağlı “bıçaqladığı” həmkarı ilə - FOTO
20/07/2019 [21:26]:
2 lal-kardan cavab ala bilməyən dağıstanlı onları bıçaqladı - VİDEO
20/07/2019 [21:21]:
Britaniya tankerinin ələ keçirilməsinin kadrları yayımlandı - VİDEO
20/07/2019 [21:01]:
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
20/07/2019 [20:52]:
ABŞ-da anomal istilər 6 nəfərin həyatına son qoydu
20/07/2019 [20:40]:
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
20/07/2019 [20:35]:
Əfqanıstanda 14 "taliban"çı öldürüldü
20/07/2019 [20:29]:
92 il sonra Qafqaz dağlarında ilk zubrlar göründü: Onlara İsmayıllıda baxa bilərsiniz - FOTO
20/07/2019 [20:15]:
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 2 273 nəfərin elektron ərizəsi təsdiqləndi
20/07/2019 [20:05]:
Brilliant Rozanı təkrarladı - VİDEO
20/07/2019 [20:00]:
Parisin ən böyük ticarət mərkəzinə basqın
20/07/2019 [19:58]:
Ərdoğandan dünyaya mesaj: "45 il öncə etdiyimizi bu gün də edərəm"
20/07/2019 [19:54]:
Çində dəhşətli partlayış - 12 ölü, 13 yaralı -VİDEO
20/07/2019 [19:30]:
71 il birlikdə yaşayan cütlük eyni gündə vəfat etdi
20/07/2019 [19:09]:
“Oğlumun mənə baxışlarını görəndə daha da qürurlanıram”
20/07/2019 [19:09]:
Bakıda atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdı
20/07/2019 [19:08]:
İrəvanın "ağ soyqırım" siyasəti: Aysorlara məxsus kilsələr zəbt edilir
20/07/2019 [19:05]:
“Oktar televiziyada ağlayan şəhid xanımı görən kimi deyirdi - “onu mənə gətirin”
20/07/2019 [19:05]:
Qazaxıstanda poliqonda partlayış olub, yaralananlar var
20/07/2019 [19:03]:
Zidan Poqbanın transferindən danışdı
20/07/2019 [18:53]:
"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi yeni layihə həyata keçirir
20/07/2019 [18:40]:
“Hər bir insanın orqanizmində xərçəngə çevrilə biləcək hüceyrələr var, ancaq..."
20/07/2019 [18:37]:
Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır
20/07/2019 [18:36]:
Bakıda tibb mərkəzi cərimələndi
20/07/2019 [18:29]:
Bakıda “avtoşluq” edən sürücü həbs olundu - VİDEO
20/07/2019 [18:22]:
Qılıncoynadanımız dünya çempionatının 1/8 finalında - VİDEO
20/07/2019 [18:17]:
Bakı-2019-un açılış mərasiminə bilet alanların daşınması üçün marşrut xətti ayrılıb
20/07/2019 [18:15]:
Moskvanın mərkəzində 12 min nəfərin iştirakı ilə mitinq keçirilir
20/07/2019 [18:09]:
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
20/07/2019 [18:02]:
Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır
20/07/2019 [17:42]:
Aparıcı Lalə Azərtaşın qızı ilə bağlı inanılmaz olay - FOTO
20/07/2019 [17:37]:
İranlı nazir: "Britaniya gəmisi beynəlxalq qanunlara uyğun saxlanılıb"
20/07/2019 [17:35]:
Şaman ənənələri ilə hazırlanan müsəlman qırğız qəbirləri - MARAQLI...
20/07/2019 [17:34]:
"O vaxt Elçibəy öz yerini hərəkatda olan insanlardan birinə versəydi..."
Bütün arxiv bir sırada
04/06/2019 [15:54] - Maraqlı - ( 1075 dəfə baxılıb)

“Səndən futbolçu olmaz” deyirdilər, ən yaxşılardan oldu - Qabyuyan Vircilin hekayəsi



“Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deyk UEFA Çempionlar Liqasının ötən həftəsinin və İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçildi.

Moderator.az Oxu.Az-a istinadən dünyanın ən bahalı müdafiəçisi olan hollandiyalı futbolçunun həyat hekayəsini təqdim edir:

1991-ci ilin 8 iyununda Niderlandın Breda şəhərində anadan olmuş futbolçunun atası Ron van Deyk televizor ustası idi. Onun anası isə Niderlandın müstəmləkəsi olmuş Surinamdan olan Helen Fo Siudur. Anası hərbi polisdə xidmət edirdi. Ata oğlunu uşaq futbol komandasına qoyur və onu məşqlərə aparırdı. Lakin Vircilin 12 yaşı olanda valideynləri boşanıb və o, qardaşı Cordan və bacısı Ceniferlə birgə anası ilə qalmalı olub.

Uşaqlar bundan sonra ataları ilə əlaqələrini kəsdilər. Cordan və Cenifer analarının soyadını götürdülər. Vircil isə o vaxtdan soyadını formasının arxasına yazdırmır. Belə ki, onun formasına yalnız adı qeyd olunur.

Uşaq olanda onun oynadığı futbol məşqçiləri qane etmirdi, hətta ondan futbolu buraxmağı istəyənlər də vardı. İlk çıxış etdiyi aşağı yaş futbol komandası “VDS'19”un məşqçisi Rik Kleynin sözlərinə diqqət kəsilək:

“Mən gördüm ki, onun bütün həyatı futbola həsr olunub. O, lider, fakturalı uşaq deyildi, ən əsası, olduqca astagəl idi. Ancaq o, 100 faiz futbola həsr etmişdi özünü, meydançada və məşqlərdə çox işləyirdi.

Atası Vircili özü ilə oyunlara gətirirdi, onda mənə elə gəlirdi ki, bu insanlar çox yaxındırlar, əla söhbət edirlər. Belə təəssürat yaranırdı ki, onların xoşbəxt ailəsi var. Buna görə də o, soyadını futbolkada yazdırmayanda təəccüblənmişdim”.

O, 16-17 yaşları olanda Bredadakı restoranlardan birində qab yuyurdu. Bunu məktəbdən sonra və “Vilem II” klubunda məşqindən əvvəl edirdi. Onu şərqdəki Tilburq şəhərindəki məşqə getmək üçün 30 dəqiqə qatar səfəri gözləyirdi. Qayıdanda isə Bredadakı dəmiryolu vağzalında qoyduğu velosipedi minib 15 dəqiqəyə işlədiyi şəhərin ən bahalı rayonlarından birində yerləşən restorana çatırdı. O, burada qab yumaqla saata təxminən dörd avro və çay pulu alırdı.

Restoranın sahibi Jak Lips Vircili belə xatırlayır:

“O, yaxşı işçi idi. Öz işini düzgün və dəqiq görürdü. Həmişə burada lazımi anda olurdu, heç vaxt şikayətlənmirdi. İşdən sonra onun atası həmişə Vircili özü ilə restorana gətirirdi. Tez-tez ona deyirdim ki, çətin ki ondan futbolçu olsun. Axı məşqçilər Vircilin xüsusi istedadlı oğlan olmamasını və onun idmanda gələcəyinin olmadığını gizlətmirdi. Bunadək inana bilmirəm ki, ona görə 75 milyon funt ödənib, bu, inanılmazdır.

Xatırlayıram ki, o, bizim mətbəxdən gedəndə ona dedim ki, boş-boş danışmasın, axı o, məndə həmişə yaxşı pul qazana bilərdi. Birdən o qayıdar deyə nömrəsini və məlumatlarını saxladım. O, mənim qeyd kitabçamda “müvəqqəti əməkdaş” kimi də qalıb”.

2010-cu ilədək çıxış etdiyi “Vilem II” də onun talantını üzə çıxara bilmir və klubu tərk etməyə məcbur edilir. Maraqlıdır ki, onun qovulması öz yaşıdları arasında olduqca bəstəboy olması ilə əlaqələndirilir. Vircil həmin günləri belə xatırlayır:

“Orada bir mövsüm keçirdim və sürətlə boy atdım. Halbuki bunadək mən bəstəboy sayılırdım. Mən qısa müddətə 20 sm böyüdüm və akademiyadan buna görə uzaqlaşdırılmadığıma görə minnətdaram. Bir az asta idim. Onlar da düşündü ki, olduqca kiçiyəm. Ona görə də məni sağ cinahda yoxladılar, sonra isə məni qovmadılar.

Onda 16 yaşım vardı. Mənim üçün çox təhlükəli an idi. Çünki onlar mənim akademiyadan kənarlaşdırılmağım barədə danışırdılar. Komandada ən pis oyunçulardan biri idim. Asta, kiçik idim, futbol üçün yaxşı deyildim. Ancaq növbəti mövsüm 20 sm böyüdüm. Onlar mənə daha bir şans verdi, mən də bundan hər iki əlimlə bərk yapışdım. Komandanın kapitanı oldum”.

Bununla belə, onu əsas komandaya dəvət etmirlər. Beləcə, Vircil 2010-cu ildə “Qroninqen”in gənclər komandasına qoşulur. O, tezliklə əsas komandaya yüksəlir. Onun əvvəlki komandası isə indiyədək əsas heyətdə ona şans verməməsi ilə bağlı mətbuatın zənglərinə cavab vermək istəmir.

Bununla belə, həmin vaxt “Vilem II”nin baş məşqçisi olmuş Alfons Xrunendeyk bunu belə izah edir:

“Vircil U-19 komandasında olanda 17 yaşında idi. Bizim yüksək liqada yerimizi qorumaqla bağlı problemlərimiz vardı. O, gənclər komandasında idi və onun heç vaxt necə oynadığını görməmişdim. Ən əsası, uzun müddət bizdə belə bir oyunçunun olduğunu hətta bilməmişəm. Hansısa mərhələdə eşitdim ki, U-19-da bir neçə istedadlı uşaq var. Ancaq heç kim yaşamaq uğrunda mübarizə aparan komandaya uşaqları gətirməyin yaxşı ideya olduğunu düşünmürdü.

KİV-də Vircilin gedişində mənim günahkar olduğum yazılır. Ancaq mənim van Deyklə heç vaxt söhbətim olmayıb. O, heç vaxt birinci komanda ilə məşq keçməyib”.

Yeri gəlmişkən, “Vilem II” klubu hazırda “Barselona”ya 75 milyon avroya transfer olunmuş Frenk de Yonqa görə də qınanılır. Çünki bu klub 2015-ci ildə belə bir futbolçunun “Ayaks”a keçməsinə imkan verib.

Xrunendeyk daha sonra bunları bildirir:

“Etiraf etməliyəm ki, Vircil hamını təəccübləndirdi. Hollandiyadakı hər bir böyük klub van Deykin “Liverpul”a böyük məbləğə keçidinə görə şokda idi. Onlardan heç kim onda potensial görmədi. “Ayaks”, “Feyenoord” və PSV onun istedadını kəşf edə bilmədi. Fikrimcə, Vircil bütün təriflərə layiqdir”.

Van Deyk Erediviziyada 2011-ci ilin mayın 1-də “Den Haax”a qarşı debüt edir. “Qroninqen”in sabiq futbolçusu Tim Sparv komanda yoldaşının oyununu belə xatırlayır:

“Əvvəl o, əsas komandaya gələndə biz faktiki olaraq van Deykdən ilk növbədə hücumçu kimi istifadə edirdik. Xüsusilə oyunun sonlarında biz qol vura bilməyəndə. O, ucaboy idi, heç kim fikirləşməzdi ki, bu oğlan belə mükəmməl müdafiəçi olacaq. Biz Vircili son 10, 15, 20 dəqiqədə meydana buraxırdıq ki, o, rəqib oyunçular arasında xaos yaratsın”.

“Qroninqen”də olanda da onun üçün uğurlu olduğunu demək olmaz. Çünki onun sağlamlıqla bağlı problemləri vardı. Van Deyk kor bağırsaq, peritonit, böyrək infeksiyası və mədə xorasından əziyyət çəkirdi. Onda o düşünürdü ki, bu, onun idman karyerasının sonudur:

“İndiyədək xatırlayıram ki, bu çarpayıda necə uzanmışdım. Bədənim dəhşətli dərəcədə idi və mən heç nə edə bilmirdim. Həyatım təhlükədə idi. Anamla Allaha dua edirdik və mümkün ssenariləri müzakirə edirdik. Hansısa anda mənə bir neçə sənədi imzalamaq lazım gəldi. Bu, mənim vəsiyyətnaməm idi.

Əgər ölsəydim, pulum və əmlakım anama çatacaqdı. Təbii ki, heç kim bu barədə danışmaq istəmirdi. Ancaq biz bunu etməli idik. Heç kim bilmirdi ki, xəstəliyim necə nəticələnəcək”.

Xoşbəxtlikdən Vircil əməliyyatdan sonra təkcə sağalmadı, həm də futbola qayıtdı. O, ağır xəstəlikdən sonra tamamilə bərpa olub yeni səviyyəyə yüksəldi. İki ildən sonra “Qroninqen” üç milyon avroya onu Şotlandiyanın “Seltik” klubuna satdı. Ancaq onda “Qroninqen” də bilmirdi ki, bu futbolçunun qiyməti gələcəkdə bundan da artıq olacaq...

“Qroninqen”də ikinci ildə onun baş məşqçisi olmuş Robert Maaskant onun barədə belə deyir:

“Əvvəlki klubları onun istedadını dəyərləndirə bilmədi. Mən necə oynadığını görəndə onu meydana buraxacağıma dair heç bir şübhəm olmadı. O, əla şəxsiyyət, əla oğlan olsa da, bir az diqqətsiz idi. Fikrimcə, o, PSV-yə keçə bilərdi. Bu komanda ilə bir neçə oyunda səhvə yol verdi və Eyndhovendən olan skautlar dərhal onun güclü klubda oynamaq xüsusiyyətinin olmadığını dedilər. Bəli, ilk üçlük komandaları ilə oyunlarda da o, özünü çox yaxşı göstərmədi. Hamı düşündü ki, o, zəif müdafiəçidir və yaxşı klub səviyyəsində deyil”.

Bununla belə, həmin vaxt van Deykin Hollandiya böyük klublarının hədəfinə düşməməsinə başqa səbəb də olub. Maaskantı dinləyək:

“Hollandiya U-21-i 2012-ci ilin avqustunda İtaliya ilə oynadı və 0:3 hesabı ilə darmadağın edildi. Onları italyan mərkəz hücumçuları, sadəcə, məhv etdilər. Güclü klubların skautları həmişə belə matçlara baxır. Müdafiəçilərin zəif oyunundan başqa, onlar orada nə görə bilərdilər ki? Düzdür, bu hesab tamamilə onun günahı deyildi. Ancaq əgər siz müdafiəçisinizsə, 0:3 çox da yaxşı görünmür”.

“Seltik”də onu kəşf etmiş Con Park isə bu anı belə xatırlayır:

“Sizə lider, meydançada danışan adam tapmaq lazımdır. Videoya baxmaqla siz onların necə meydançada ünsiyyətdə olduğunu görə bilməzsiniz. Matça gedib futbolçunun həmin anlarda özünü necə aparmasını, topsuz və diqqət mərkəzindən uzaqda nə vaxt qərar verməsini görməyiniz lazımdır. Sonra biz videoları toplayırıq, yekun təhlilləri aparırıq və bunu qiymətləndirib bunun hamısını məşqçilər heyətinə çatdırırıq.

Vircil özünə əmin idi. Görürdüm ki, o, meydançada düşünür, təkcə topla qaçmır və özüm-özümə dedim:

“Yaxşı, mən bu oğlanın uğurlarını izləməyə çalışıram, əgər birdən alınmasa, Hollandiyadan digər müdafiəçilərə diqqətimi yönəldərəm”.

Birdən Vircil nəzarətdən çıxaraq müdafiəçiləri məyus edir. Heç bir şübhə yoxdur ki, van Deyk futbolda “Rols Roys”dur”.

2013-2015-ci illərdə “Seltik”lə ikiqat Şotlandiya çempionu olan van Deyk 2015-ci ilin 1 sentyabrında İngiltərəyə yol açır. O, burada “Sauthempton”la beş illik müqavilə bağlayır. 2017-ci ilin 27 dekabrında isə onun “Liverpul”a 75 milyon funta transfer olunduğu açıqlanır. Bu transfer məbləğindən “Seltik” də 10 faiz qazanır. Bu transfer məbləği isə onun dünyanın ən bahalı müdafiəçisi adını almasına səbəb olur.

“İngiltərədə onu bədən quruluşu və oyun tərzinə görə daha tez kəşf etdilər. O, yeniyetmə illərində orada yaxşı ola bilərdi. Hollandiyada hamı meydanda uşaqlıqdan yalnız parlaq və effektli oyun göstərən texnikalı oyunçuları görmək istəyir. Van Deyk o ölkədə doğulmamalı idi”, – deyə Rob Maaskant deyir.

loading...
loading...
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
Bu da oldu: Yaxın günlərdə çilçıraqla evlənəcək...
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
Cəmiyyət
“Arı sancması zamanı dərhal dünyasını dəyişən şəxslərin hamısı anafilaktik şokdan ölür...”
Cəmiyyət
“Əsas məqsədimiz ədəbiyyatın təbliğidir...”
Cəmiyyət
“Tərəfdarıyam ki, enerji içkilərinin satışı 18 yaşına qədər gənclərə qadağan olunsun...”
Maraqlı
Avstraliyaya göydən 17 kiloqramlıq qızıl külçə düşdü - FOTOLAR
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)