“Bu cür hallar uşaqlarda qıcolmaya səbəb olur...”  - Professordan  xəbərdarlıq...
3600
11 May 2019 | 14:10

“Bu cür hallar uşaqlarda qıcolmaya səbəb olur...” - Professordan xəbərdarlıq...

Son zamanlar uşaqlarda qusma və diareya halları çoxalıb. Mütəxəssislər isə bunun səbəbinin müxtəlif olduğunu deyirlər. İlk baxışdan bu xəstəliklər adi görünsə də, valideynlər diqqətli olmalıdır. Bu cür xəstəliklər uşaqların həyatı üçün təhlükəlidir. 

Məsələylə bağlı Moderator.az-a açıqlamasında professor Adil Qeybulla bildirdi ki, bu cür hallarda uşaqları ev şəraitində müalicə etmək düzgün deyil. Dərhal həkimə müraciət etmək lazımdı, əks halda uşaqlarda qıcolma kimi ağır nəticələrə gətirib çıxara bilər:

“Ümumiyyətlə, yaz fəslindən sonra uşaqlarda bu cür xəstəliklər özünü biruzə verir. Meyvə-tərəvəzin qəbulu zamanı immun sistemində dəyişikliklər baş verir. Bunun səbəbi də aydınlaşdırılmalıdır. Bəzən görürsən ki, dizinteriya və şigelyoz kimi hallar uşaqlarda ola bilir. Əgər belə hadisələr olarsa, uşaq infeksion xəstəliklərə görə nəcisindən analiz verilməlidir. Bizdə bəzən uşaqları ev şəraitində müalicə edirlər. Ümumiyyətlə, uşaqların orqanizminin su tutumu az olduğundan qusma və diareya zamanı çoxlu maye itirir və bu da onlarda qıcolmaya gətirib çıxara bilər. Ona görə də uşaqlarda belə hal baş verdikdə mütləq ev şəraitində onlara köməklik göstərilməlidir. Məsələn, regidron dərmanı (duz məhlulu) onu həll edib uşaqlara içirtmək lazımdır ki, qıcolma olmasın. Sonra isə dərhal həkimə müraciət edilməlidir. Buna görə də bu cür hallar baş verdikdə uşaqları ev şəraitində müalicə etmək düzgün deyil”. 

Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər