Faşizm üzərindəki qələbənin ildönümü bəzi ölkələrdə, xüsusilə də Rusiyada təntənə ilə qeyd olundu. Bir çox dövlətədn fərqli olaraq, Moskvada bununla bağlı parad da təşkil edildi ki, bu da 9 may tarixinin Kreml üçün öz ənənəvi cazibəsini qoruyub saxladığını göstərir.
Bu tarixi günlə bağlı paradlaırn keçirilməsi nə dərəcədə zəruridir? Ümumiyyətlə, müasir dövrdə hərbi paradlar ötən əsrin ikinci yarısı ilə müqayisədə öz önəmini artırıb, yoxsa azaldıb?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə çağdaş dünyada hərbi paradların əhəmiyyətinin sürətlə azalmaqda olduğunu vurğuladı:
“XXI əsrdə hərbi paradların mənası və təsiri xeyli azalıb. Moskvada keçirilən parad heç də qələbə ilə bağlı deyil. Bu, sadəcə Rusiyanın dünyaya hərbi gücünü nümayiş etdirməsidir.
II Dünya Müharibəsində iştirak edən və qalib olan dövlətlərin çoxunda xeyli müddətdir ki, hərbi paradlar keçirilmir. Qeyd edən ölklər isə bunu Qələbə Günü kimi deyil, Avropa Günü kimi qeyd edirlər. Bunu isə daha çox mayın 8-də keçirirllər. Bu günü qeyd edənlərin içərisində Almaniya da, onun keçmiş müttəfiqləri də var. Bu gün həmin ölkələrdə Birləşmiş Avropa Günü kimi qeyd olunur.
Bir sözlə, artıq paradlar öz ilkin, əvvəlki əhəmiyyətini xeyli dərəcədə itirib və o qədər də önəm kəsb etmir”.
Seymur ƏLİYEV