II Dünya müharibəsi dövründə Nobel alan kimyaçılar - Vacib kəşflər
Oxunub: 1401
09 May 2019 | 20:08
II Dünya  müharibəsi dövründə Nobel alan kimyaçılar  - Vacib kəşflər
Moderator.az AzEdu.az-a istinadən AMEA-nın Neft və Kimya Prosesləri İnstitutunun rəsmi saytına istinadən, II Dünya  müharibəsi dövründə Nobel mükafatına layiq görülən kimyaçıları təqdim edir:

1.Dyerd (Georq) Heveşi -1943

 Macar fiziki kimyaçısı və radiokimyaçı Dyerd (Georq) Heveşi 1885-ci ilin martın 1-də Budapeştdə anadan olmuşdur. 1908-ci ildə Budapeşt universitetini bitirmişdir. Sonra mühəndis-kimyaçı olmaq qərarına gələn Xeveşi Berlin texnoloji univer-sitetində təhsilini davam etdirir və bundan sonra Almaniyanın cənubunda yerləşən Freyburq universitetində oxuyur və burada fiziki kimya onun əsas fənni olur.

1908-ci ildə ərimiş natrium hidroksid ilə metallik natriumun qarşılıqlı təsirinə həsr olunmuş dissertasiya işini müdafiə edərək doktorluq dərəcəsi alır.

1911-1913-cü illərdə Sürix universitetində, Karlsruedə Ali texniki məktəbdə F. Qaberin laboratoriyasında, Mançester universitetində E. Rezerfordun yanında işləmişdir. 1913-cü ildə Vyanada Radium institutunda F.A. Panetin yanında çalışmışdır. Birinci Dünya Müharibəsi zamanı avstriya-macarıstan ordusunda xidmət etmişdir. 1913-1920-ci illərdə Budapeşt universitetində çalışmışdır (1918-ci ildən professor vəzifəsində). 1920-1926 və 1934-1943-cü illərdə Kopenhagen, 1926-1934-cü illərdə Freyburq və 1943-cü ildən Stokholm universitetlərinin professoru olmuşdur. Əsas elmi işləri radiokimya sahəsindədir. Birincilərdən biri kimi  belə nəticəyə gəlmişdir ki, eyni elementlərin izotopları kimyəvi olaraq eynidir. Panet ilə birlikdə 1913-cü ildə izotop indikatorları üsulunu təklif etmişdir. Radioaktiv yerdəyişmələr qanununun ifadəsinin hazırlanmasında aktiv iştirak etmişdir. Hollandiya spektroskopitsi D. Koster ilə birlikdə hafniumu kəşf etmiş və sübut etmişdir ki, o, sirkoniumun  kimyəvi analoqudur. 1923-cü ildə birinci olaraq bitkilərdə qurğuşunun paylanmasını öyrənmək üçün biologiyada radioaktiv indikator (radium D) istifadə etmişdir. 1927-ci ildə nadir torpaq elementlərini 2 sıraya (Ce-dan Eu-a qədər və Gd-dan Lu-a qədər) ayıraraq və ittriumun xüsusi mövqeyini izah edərək bu elementlərin sistematikasını təklif etmişdir.

1931-ci ildə kimyəvi elementlərin rentgen şüalanması zamanı ikinci şüaları buraxması hadisəsini müəyyən etmişdir ki, bu da analizin fluoresent üsulunun əsasını təşkil etmişdir.

1932-ci ildə izotop durulaşdırma üsulunu işləyib hazırlamış və 1934-cü ildə radioaktiv izotopları biokimyəvi prosesləri öyrənmək üçün tətbiq etmişdir. 1936-cı ildə macar kimyaçısı Q. Levi ilə birlikdə neytron aktivləşdirici analiz üsulunu işləyib hazırlamışdır. 1941-ci ildə canlı orqanizmlərdə su balansını müəyyən etmək üçün ağır su istifadəsi imkanını kəşf etmişdir.

1943-cü ildə kimya üzrə Nobel mükafatı verilməmişdir. Amma, növbəti ildə 1943-cü il üçün Nobel mükafatı “kimyəvi proseslərin öyrənilməsi zamanı izotopların nişanlanmış atomlar kimi istifadəsi üzrə işlərə görə” Heveşiyə verilmişdir.

Heveşi 1966-cı ilin iyulun 5-də Freyburqda ürək tutmasından vəfat etmişdir. 

 2.Otto Qan – 1944

 Qan 1879-cu ilin martın 8-də Frankfurtda anadan olmuşdur (şüşəçi və işadamı Henrix Qanın ailəsində). O, Frankfurtda məktəbi bitirdikdən sonra 1897-ci ildə Marburq universitetində kimya və mineralogiyanı öyrənməyə başlayır. İkinci dərəcəli fənlər kimi o, fizika və fəlsəfəni də öyrənir.

Üçüncü və dördüncü semestri  Qan Münxen universitetində Adolf fon Bayerin yanında keçirir. 1901-ci  ildə o, professor T. Sinkin yanında üzvi kimya üzrə “broma malik izoevqenol derivatları haqqında” adlı dissertasiya müdafiə edərək universiteti qurtarır. 1902-ci ildə Qan professor Sinkin yanında mühazirə assistenti kimi elmi-pedaqoji fəaliyyətə başlayır. Radiokimya sahəsində işlərə o, bu və ya digər dərəcədə təsadüfən başlayır. Kimya firmalarından birinin direktoru professor Sinkə müraciət edir ki, ona bir gənc kimyaçı təklif etsin ki, lazım gəldikdə firma onu xaricə göndərə bilsin. Uyğun olaraq axtarılan namizəd ən azı xarici dillərdən birini bilməli idi, təkmilləşmə üçün təxminən yarım il hansısa xarici laboratoriyada işləməli idi. Professor Sink Qanı təklif edir və kömək edir ki,  Londonun Universitet kollecində Uilyam Ramzay öz laboratoriyasına qəbul etsin.

Uilyam Ramzay Qana radioaktiv elementlər kimyası sahəsində işləməyi təklif edir və Qan razılaşır.

Bununla belə o, etiraf edir ki, radioaktiv elementlər haqqında heç nə bilmir. İlk tapşırıq barium xlorid nümunəsindən radiumun ayrılmasıdır. Ramzayın fikrincə nümunədə 10 mq radium olmalı idi. Amma, Ramzayın Qana verdiyi barium duru uran mineralından yox, uran və  toriuma malik mineraldan alınmışdı.

Bu duzu fraksiyalaşdırarkən Qan müəyyən edir ki, onun tərkibində radiumdan əlavə olaraq yeni radioaktiv maddə də var (sonralar toriumun izotopu 228Th olduğu müəyyən edilmişdir). Qan, bu maddəni radiotorium adlandırmışdı, çünki, o vaxtlar izotop anlayışı mövcud deyildi.

Bu ilk uğurdan sonra Qan radiokimya ilə maraqlanır və bu yeni, maraqlı sahədə əsaslı biliklər və vərdişlər qazanmaq üçün 1905-ci ilin payızında Kanadanın Monreal şəhərinə gedir. Burada o dövrdə  artıq məşhur olan Ernest Rezerford işləyirdi.

1906-ci ilin yayında Qan Almaniyaya qayıdır və Berlin universitetində Emil Fişerin əməkdaşı olur və burada ona olduqca primitiv avadanlıqları olan laboratoriya verilir. Burada Qan torium və radiotorium arasında parçalanmanın aralıq məhsulunu kəşf edir və onu mezotorium adlandırır (sonradan aydın olur ki, bu məhsul iki maddənin qarışığıdır – mezotorium I (228 Ra) və mezotorium    II (228Ac)). Həmçinin orada o, toriumun  izotopu 230Tb kəşf edir və onu ionium adlandırır. Mezotoriumun (228 Ra) kəşfi praktiki əhəmiyyətə malik idi, belə ki, onun yarımparçalanma dövrü 512 ildir və bu səbəbdən də toriumdan ayrılmış preparat ən azı 10 il müddətində kifayət qədər aktivliyini saxlayır. Bu səbəbdən də eyni aktivliyə malik olan mezotorium əvvəllər tibbdə istifadə olunan radiumdan (226 Ra) iki dəfə ucuz olduğundan uğurla tibb müəssisələrində  istifadə olunurdu. Mezotorium I-in kəşfinə görə Adolf fon Bayer 1922-ci ilk dəfə Otto Qanın kimya üzrə Nobel mükafatına namizədliyini irəli sürmüşdü.

1907-ci ildə Qan Berlində doktorluq dissertasiyası müdafiə  edir və professor işləmək hüququ əldə edir.

Qan 1928-ci ildən 1946-cı ilə  qədər kayzer Vilhelm adına kimya institunun direktoru olmuşdur.

1924-cü ildə Qan Eynşteyn, Haber, Plank, Şlenk və fon Lauenin təklifi ilə Prussiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

XX əsrin 20-ci illərində Otto Qan radiozotopların kimyada istifadə üsulunu (o cümlədən kristalların  yetişdirilməsində və nişanlanmış atomların kimyəvi reaksiyalarda istifadəsində) işləyib hazırladı və bununla da kimyanın yeni sahəsini -  tətbiqi radiokimyanı yaratdı. Tətbiqi radiokimya ümumi və fiziki kimyanın problemlərini həll etmək üçün  radioelementlərdən istifadə edir. 1936-cı ildə onun ingilis dilində “Applied Radiochemistry” (tətbiqi radiokimya) kitabı nəşr olunur (sonra rus dilində də çap olunur).

1938-ci ilin dekabrın 17-də onlar həlledici təcrübəni apardılar – radium, barium və mezatoriumu fraksiyalaşdırdılar. Bunun əsasında Qan müəyyən etdi ki, uran nüvəsi “partlayır” və daha yüngül elementlər əmələ gəlir. Nüvənin parçalanması belə kəşf olunmuşdur. Qan və Ştrassmanın təcrübələrinin 1939-cu ilin yanvarın 6-da çap olunmuş nəticələri uranın daha yüngül elementlərə parçalanmasının inkaredilməz təsdiqi oldu. Bu kəşfi edən Qan təcili olaraq Meytnerə məlumat verir. Meytner 1939-cu ilin fevralın 11-də öz qohumu Otto Robert Fişer ilə birlikdə ingilis jurnalı “Nature” -də nəzəri fiziki əsaslandırmanı çap etmişdir. Bu məqalədə Fris sonralar beynəlxalq qəbul olunan termini “ingiliscə nuclear fission” (nüvənin parçalanması)  daxil edir.

Otto Qan və Fris Ştrassmanın nüvənin parçalanmasını kəşf etmələri bəşəriyyət tarixində yeni eranın başlanğıcı oldu. 

Otto Qan və onun həyat yoldaşı Edit faşizmin əlehdarları idilər.

1945-ci ildə müharibənin sonunda Qan Tailfingendə (indi Albştadtın nəzdin-dədir) həbs olunur. O, digər 9 alman fiziki, o cümlədən Maks fon Laue, V.K. Heyzenberq və K.F. fon Vayzekker ilə birlikdə İngiltərəyə Kembric yaxınlığındakı Farm-Xolla gətirilir. 1946-cı ilin yanvarın əvvəlində  alman alimlərinə Almaniyaya qayıtmağa icazə verirlər.

1945-ci ildə İsveç Kral elmlər akademiyası Otto Qanı 1944-cü il üçün “ağır atom nüvələrinin parçalanmasının kəşfi üçün” kimya sahəsində Nobel mükafatına layiq gördü. Həmin vaxt Qan İngiltərədə Farm-Xollda həbsdə olduğundan mükafat ona 1946-cı ildə təqdim olunmuşdur.

Ömrünün sonuna qədər dünyanı sürətli nüvə silahlanmasının və torpağın radioaktiv çirklənməsinin təhlükəsi olması ilə xəbərdar etmişdi.

O, 45 akademiyanın və elmi cəmiyyətin üzvü və ya fəxri üzvü seçilmişdi.

Həyat boyu Qan ölkəsinin və beynəlxalq ali mükafatlarına  37 dəfə layiq görülmüşdü.

Otto Qan 1968-ci ilin iyulun 28-də 90 yaşında Qettingendə vəfat etmişdir. 

1999-cu ildə alman jurnalı “Focus” 500 aparıcı təbiət elmləri nümayəndələri, mühəndislər və həkimlər arasında sorğu apararaq XX əsrin ən əsas tədqiqatçılarını müəyyən etmək istəmiş və sorğunun nəticələrini çap etdirmişdir. Kimyaçı-eksperimentator Otto Qan fizik nəzəriyyəçilər Albert Eynşteyn və Maks Plankdan sonra üçüncü yeri tutmuşdur və beləliklə də öz dövrünün ən əhəmiyyətli emprik tədqiqatçısı adlandırılmışdır.

 3.Artri Virtannen -1945

Finlandiya biokimyaçısı Artturi Virtanen 1895-ci ilin yanvarın 15-də Qelsinqforsda (indiki Helsinki) anadan olmuşdur. 1916-cı ildə Qelsinqfors universitetini bitirmişdir. 1916-1919 –cu illərdə  Helsinkidə Mərkəzi sənaye laboratoriyasında, 1919-1920-ci ildə “Valio” firmasında işləmişdir. 1920-1924-cü illərdə öz biliklərini fiziki kimya sahəsində İsveçrədə və Almaniyada bakteriologiya və enzimalogiya sahəsində İsveçdə təkmilləşdirmişdir. 1924-1948-ci illərdə Helsinki universitetində dərs demişdir (1931-ci ildən professor vəzifəsində), eyni zamanda 1931-1939-cu illərdə Fin texniki universitetində professor işləmişdir. 1931-ci ildən 1973-cü ilə qədər Biokimya institutunun direktoru olmuşdur.

Əsas elmi işləri yemlərin biokimyasına aiddir. 1925-ci ildə paxlalıların azotu fiksasiyasının mexanizmini öyrənmişdir.

Bitkilər tərəfindən  azotlu üzvi birləşmələrin mənimsənilməsi zamanı qırmızı piqmentin funksiyasını və  vitaminlərin əmələ gəlməsi faktını müəyyən etmişdir. 1928-1929-cu illərdə yemlərin konservləşdirilməsi üsulunu işləyib hazırlamışdır. Bu üsul ondan ibarətdir ki, yem sulfat və xlorid turşularının qarışığı ilə pH=4 olana qədər turşulaşdırılır və nəticədə bakterial və fermentativ proseslər dayanır. Bu üsul bir sıra ölkələrin kənd təsərrüfatında geniş tətbiq tapmışdır. Virtanen südün və yağın konservasiyası üsulları işləyib hazırlamış, pendir istehsalı texnologiyasının yaxşılaşdırılması ilə məşğul olmuşdur.

Virtanen 1945-ci ildə “kənd təsərrüfatı və qida kimyası sahəsində tədqiqatlarına və ixtiralarına, xüsusən də yemlərin konservləşdirilməsi üsullarına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Virtanen 1948-1963-cü illərdə Finlandiya Elmlər Akademiyasının prezidenti olmuşdur.

Bir sıra elmlər akademiyalarının və elmi cəmiyyətlərin üzvü olmuşdur.

Virtanen 1973-cü ilin noyabrın 11-də vəfat etmişdir.
Oxşar xəbərlər
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
15:13, Bu gün
Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…
15:12, Bu gün
Elşad Qarayev canlı efirdə AĞLADI: Ürəyi daş... - FOTO
15:10, Bu gün
Danimarkanın 400 illik mədəni irsi alovlar içində - VİDEO
15:09, Bu gün
İsrail və İranın aramsız savaş anonsu: Müharibə riski nə qədər ciddidir? - ŞƏRH + FOTO
15:08, Bu gün
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb - VİDEO
15:07, Bu gün
DİN baş redaktor və müxbirin həbsi ilə bağlı məlumat yaydı
15:05, Bu gün
Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı
15:04, Bu gün
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək - RƏY
15:02, Bu gün
Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası keçirilib
15:01, Bu gün
Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli oldu
15:00, Bu gün
İnfarktı əvvəlcədən necə müəyyənləşdirmək olar? - MÜTƏXƏSSİS DANIŞDI
14:59, Bu gün
Ən çox balı onlar topladı - SİYAHI
14:57, Bu gün
Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb
14:55, Bu gün
Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO
14:53, Bu gün
"Terror hər yerdə məğlub edilməlidir" - Zelenski
14:47, Bu gün
Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
14:44, Bu gün
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
14:42, Bu gün
İntibah dövrü yaşayan Füzuli - VİDEO
14:38, Bu gün
Oğuzda inşasına başlanılan su anbarından kimlər faydalana biləcək? - FOTO
14:33, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə olunub
14:29, Bu gün
Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar - FOTO
14:25, Bu gün
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:23, Bu gün
Gəncədə şagirdlər arasında DAVA: Xəsarət alan var - YENİLƏNİB
14:21, Bu gün
Kənddə biabırçılıq: ərli qadın yad kişilərlə gəzdi, içki məclisi qurdu, atası isə... – ŞOK
14:17, Bu gün
Prezident Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fərman imzaladı
14:13, Bu gün
Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”
14:10, Bu gün
Bu günün ən xoşbəxt bürcü: Əkizlər üçün şanslı olacaq
14:07, Bu gün
Prezident hökumətinin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLADI
14:04, Bu gün
Bu ölkədə 3 avqust – yezidi kürdlərin soyqırımı günü elan olundu...
14:02, Bu gün
İlham Əliyev bu qanuna dəyişiklikləri təsdiqlədi
14:00, Bu gün
Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
13:57, Bu gün
İlham Əliyev: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”
13:55, Bu gün
Prezident Aydın İbadovu vəzifəsindən azad etdi - FOTO
13:54, Bu gün
300 bal toplayanlardan 14-ü Bakı, 25-i region məktəblərinin şagirdləridir
13:53, Bu gün
Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”
13:52, Bu gün
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
13:50, Bu gün
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
13:48, Bu gün
Ekspert: “COP29 iqlim məqsədlərinə çatmaqda təməl daşı ola bilər”
13:45, Bu gün
Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”
13:42, Bu gün
Şair Salam Sarvan yenidən əməliyyat olunacaq
13:39, Bu gün
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi
13:36, Bu gün
"İslam dünyasının nicatı fişəng kimi sadəcə parıltı verən raketlərdə deyil..." - Əli Orucov
GÜNLÜK
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 18:41
Pəhriz sağlamlığa necə zərər verə bilər? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”