9 may – alman faşizmi üzərində qələbə erməni faşistləri tərəfindən də bayram edilməkdədir.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, faşizm üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar olaraq Ermənistan parlamentdə II Dünya Müharibəsində iştirak edən erməni veteraları ilə görüş keçirilib, təntənəli mərasim təşkil edilib. Bundan başqa, düşmən ölkədə 9 may günü ilə əlaqədar olaraq daha bir sıra tədbir keçirilib ki, həmin tədbirdə faşizm lənətlənməklə yanaşı, ermənilərin bu müharibədə göstərdiyi “şücaətlərdən” bəhs olunub.
Xatırladaq ki, 9 may demək olar ki, bütün dünyada faşizm üzərində qələbənin ildönümü kimi qeyd olunsa da, bu tarixin Ermənistanda da qeyd edilməsi sözün həqiqi məansında paradoks kimi qiymətləndiirlməlidir. Çünki bu günə qədər faşistlərin faşizm üzərində qələbəni bayram etməsi halı müşahidə edilməyib. Odur ki, erməni faşistlərinin alman faşizmi üzərində qələbəni bayram kimi qeyd etməsi bu qəbildən olan ilk istisna hesab edilə bilər.
Seymur ƏLİYEV