Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, 1915-ci ildə türklərin guya ermənilərə qarşı “soyqırım” həyata keçirdiyini iddia edən Fransa hökumətinin təmsilçisi, NATO Parlament Assambleyasındakı Fransa heyətinin rəhbəri Flipp Folliot ölümlə təhdid edildiyi ilə bağlı açıqlama verib. Qondarma “erməni soyqırımı” ilə bağlı mövqelərinin türklər tərəfindən qəzəblə qarşılandığına diqqət çəkən F.Folliot, “Tvitter” sosial şəbəkəsində türkcə yazılan şərhlərdə ölümlə təhddi edildiyini vurğulayıb.
Baş verənlərdən narahatlıq keçirdiyini bildirən F.Folliot, bütün bunlara baxmayaraq NATO Parlament Assambleyasındakı işlərinə davam etdirməyə çalışacağını bildirib.
Məlumat üçün qeyd edək ki, Fransanın qondarma “erməni soyqırımı”nı tanıması yalnız Türkiyədə deyil, bütün türk dünyasında ciddi narahatlıqla qarşılanıb. Əksər türk siyasətçiləri və ziyalıları hesab edir ki, Fransanın bu məsələdə ortaya qoyduğu mövqe tarixi ədalətin təkzib edilməsi, onun erməni maralarının alətinə çevrilməsi deməkdir.
Onu da xatırladaq ki, I Dünya Müharibəsinin gedişində qiyam qaldıran ermənilər minlərlə mülki türk insanını qətlə yetirib, onlara qarşı dəhşətli soyqırım həyata keçirib. Məhz bu soyqırımı önləmək üçün Osmanlı imperiyası qiyamçıların imperiyanın digər bğölgələrinə köçürülməsini həyata keçirib ki, bu da ermənilər tərəfindən əsassız olaraq “soyqırım” kimi dəyərləndirilməkdədir.
Seymur ƏLİYEV