Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu PKK və ermənilər arasındakı bağlılıqla bağlı maraqlı fikirlər səsləndirib. Çavuşoğlu qeyd edib ki, türk ordusunun ələ keçirdiyi və öldürdüyü PKK terrorçuları arasında ermənilərin sayı kifayət qədərdir.
Maraqlıdır, M.Çavuşoğlunun məlum bəyanatı ermənilərin terrorçu xislətinin ifşası ilə yanaşı, ermənilərə qarşı türk dünyasının birgə mübarizəsinin zəruriliyini bir daha ortaya qoymurmu?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa ermənilərə qarşı birgə mübarizənin vacibliyini təsdiqlədi:
“Çavuşoğlunun açıqlaması əslində buna işarədir ki, türklərə qarşı bütün platformada mübarizə aparan qüvvələrin içində erməni xarakteri özünü göstərir. PKK sılralarında xeyli erməni var. Türkiyənin bu işarəni vurması həm də onu göstərir ki, biz yalnız Qarabağ platformasında erməni terroru ilə üz-üzə deyilik. Biz müxtəlif platformalarda erməni terroru ilə üz-üzəyik. Bu məsələdə əldə edəcəyimiz uğur ancaq birliyimizdən qaynaqlana bilər.
Azərbaycan PKK məsələsində Türkiyəyə indikindən də artıq dəstək verməlidir. PKK məsələsi yeni erməni təhlükəsinin başqa bir formada baş qaldırmasıdır. Azərbaycan onsuz da PKK məsələsində Türkiyəyə dəstək verir. Lakin bundan sonra bu məsələdə biz Türkiyəyə daha çox dəstək göstərməliyik ki, erməni ilahının başını əzə bilək”.
Seymur ƏLİYEV