Qarşıdan aprel döyüşlərinin üçüncü ildönümü gəlir. Bəs aprel döyüşlərinə, Azərbaycan ordusunun bu döyüşlərdə sərgilədiyi qəhrəmanlıqlarına Azərbaycan mədəniyyəti və incəsənəti yetərincə diqqət yetiribmi?
Moderator.az-a açıqlama verən xalq artisti Mübariz Tağıyev bu sahədə vəziyyətin qənaətbəxş olduğunu vurğuladı:
“Aprel döyüşləri ilə bağlı kifayət qədər mahnı yazılıb. Mən dörd verilişdə iştirak etmişəm. Bu gün də AZTV-də bir verilişimiz var. Bu verilişlərdə aprel döyüşləri ilə bağlı 5-6 mahnı səsləndi. Aprel döyüşləri ilə bağlı mahnılar da, kitablar da yazılır. Bununla bağlı filmlər də çəkilməlidir.
Aprel döyüşləri bizim son illər əldə etdiyimiz ən böyük uğurdur. Biz bu döyüşlərlə ermənilərə mesaj verdik. Onlata dedik ki, özünüzü adam kimi aparın. Aparmasınız, bunun axırı sizin üçün yaxşı olmayacq. Biz bu döyüşlərlə ermənilərə anlatdıq ki, indi 2019-cu ildir, 90-ci illər deyil.
Hesab edirəm ki, aprel döyüşləri ilə bağlı kifayət qədər mahnı yazılıb və televiziyalar da bu məsələyə lazımınca diqqət göstərir. Düşünürəm ki, bu sahədə vəziyyət qənaətbəxşdir”.
Seymur ƏLİYEV