Bizi sosial şəbəkələrdən izləyin:
2019-cu il martın 13-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanl və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və şair-yazar İmdat Avşar Nevşehir Hacı Bektaşi Veli Universitetində oldular. Universitetin rektoru, professor Mazhar Bağlı qonaqları səmimi salamlayaraq, universitet haqqında məlumat verdi. H.İsaxanlı Xəzər Universitetinin yaradılması və bu günə kimi gördüyü işlərdən danışdı və hədiyyələrini rektora təqdim etdi. Nevşehir Hacı Bektaşi Veli Universitetinin hədiyyəsini və təşəkkür plaketimi Hamlet isaxanlıya təqdim etdi. O, Bakıdan gələn qonaqların şərəfinə ziyafət verdi.
Hər iki universitetinin rəsmiləri tərəfindən müqavilələr imzalandı.