Bizi sosial şəbəkələrdən izləyin:
2019-cu il martın 11-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Erciyez Universitetinin prorektoru professor Recai Kılıç və Ədəbiyyat fakültəsinin dekanı professor Ali Aktanla görüşdü. Görüş zamanı hər iki üniversitet arasında əməkdaşlığın daha da genişləndirilməsi, iki tərəfli tələbə mübadilə proqramlarının həyata keçirilməsi müzakirə olundu. Görüşdə İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, professor Sevinc Üçgül və türkiyəli yazar İndat Avşar iştirak etdilər.