"Onlar Azərbaycanın digər ərazilərini də işğal edəcəklərini bildirirdi, amma..." - MÜSAHİBƏ
Oxunub: 4270
11 Mar 2019 | 21:52

“Aprel döyüşləri düşmənin bütün gözləntilərini puça çıxardı”

 

Son günlər ölkəmizin sosial-iqtisadi həyatında  ciddi yeniliklər baş verməkdədir. Təqaüd və əmək haqlarının artırılması, problemli kreditlərin həlli istiqamətində konkret addımların atılması, qaçqın və məcburi köçkünlərin, eləcə də cəmiyyətin digər təbəqələrinin mənzil-məişət probleminin həlli ilə bağlı görülən işlər və s. ictimaiyyət tərəfindən məmnunluqla qarşılanmaqdadır.

Moderator.az olaraq millət vəkili Siyavuş Novruzovla söhbətimizdə bütün bu yenilikləri şərh etməklə yanaşı, ümummilli maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edən digər məsələləri də müzakirə eməyə çalışdıq.

 

-Siyavuş bəy, bir müddət bunda öncə Azərbaycan Xocalı soyqırımının ildönümünü ölkə daxilində və dünyada geniş şəkildə qeyd etdi. Sizcə Mart soyqırımının da bu miqyasda beynəlxalq aləmdə qeyd edilməsi erməni vəhşiliyinin ifşa edilməsi baxımından faydalı olardımı?

 

-Təbii ki, Mart soyqırımının da geniş şəkildə qeyd edilməsinə ehtiyac var. Azərbaycan tarixinə nəzər salsaq görərik ki, demək olar ki, hər ay ermənilər tərəfindən xalqımıza qarşı bu cür qətliamlar, qırğınlar törədilib. Yanvar ayında 20 Yanvar olaylarının ildönümü qeyd edirik. Fevralda Xocalı soyqırımı, martda isə Mart soyqırımının ildönümü yad edilir. Mart soyqırımı zamanı 20 minə yaxın insan qətlə yetirildi. Onların içərisində azərbaycanlılarla yanaşı, digər millətlərin, eləcə də yəhudilərin də nümayəndəsi var idi. 

Mart soyqırımının izlərinə respublikamızın demək olar ki, hər bir guşəsində rast gəlmək mümkündür. Mart soyqırımı zamanı Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda, Lənkəranda insanların kütləvi şəkildə məhvi həyata keçirilib. Qarabağda, dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycanda yaşayan insanlarımıza qarşı da böyük vəhşiliklər törədiblər.

Mart soyqırımı Xocalı soyqırımına bərabər olan, bəlkə ondan da dəhşətli bir soyqırım olub. Mart soyqırımına nəzər salsaq görərk ki, bu soyqırım bütün ölkəni əhatə edib. Qadınlara, uşaqlara, qocalara münasibətdə dəhşətli vəhşilik və amansızlıq törədilib, onlar müxtəlif işgəncələrlə, qəddarlıqla qətlə yetirilib.

Bildiyinzi kimi, ümummilli lider həm 20 Yanvar olayları, həm Xocalı soyqırımı, həm də Mart soyqırımı ilə bağlı fərmanlar verib, onların ildönümlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul edib. Bu günlər soyqırım günü kimi qeyd olunur. Təbii ki, biz bu soyqırımlarının, erməni vəhşiliyinin ifşası ilə məşğul olamlıyıq.

Xocalı soyqırımı daha yaxın tarixdir və bununla bağlı kifayət qədər arxiv materialları var. Xocalı hadisəsinin şahidləri var. Video və audio yazılar mövcuddur. Ona görə də Xocalı ilə bağlı faktlar daha çoxdur. Lakin biz Mart soyqıırmına da lazımi diqqət göstərməliyik. Mart soyqırımını dünyaya tanıtmaqla göstərməliyik ki, Xoclaı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı ilk soyqırımı deyil. Bundan öncə də xalqımıza qarşı bu cür vəhşiliklər törədilib. Biz bu cinayətlərin ifşasına nail olmalıyıq. Çalışmalıyıq ki, bir də bəşəriyyət əleyhinə, insanlıq əleyhinə bu cür cinayətlər törədilməsin.

 

-Siyavuş bəy, sizcə erməni yalanlarına qarşı mübarizə çərçivəsində düşmənlə siyasi-ideoloji, eləcə də elmi müstəvidə mübarizə aparan bütün qurumların, o cümlədən də bu sahədə böyük işlər görən AMEA-nın Qafqazşünaslıq İnstitutinin “Ermənişünaslıq” şöbəsinin fəaliyyətinin də gücləndirilməsinə, maddi-texniki bazasının genişləndirilməsinə ehtiyac varmı?

 

-Təbii ki, ehtiyac var. Bu, olduqca önəmli bir sahədir. Erməni yalanlarına qarşı nübarizə, onların cinayətlərinin ifşa etməsi olduqca vacibdir. Hesab edirəm ki, bu qurumların həm də paralel işləməsinə ehtiyac var. Düşünürəm ki, bu qurumlar Azərbaycanın hüquq-mühafizə orqanları, Respublika Prokurorluğu, DTX, DİN və s. ilə geniş əməkdaşlıq aparmalıdır.

 

-Son aylar ermənilər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində  Azərbaycanda ermənilərin guya təzyiq və soyqırımına məruz qalması ilə bağlı böhtanlar səsləndirir. Sizcə bu böhtanların ifşası istiqamətində də Azərbaycan konkret addımalr atmalıdırmı?

 

-Şübhəsiz ki, bu yöndə gərəkli addımlar atılmalıdır və atılır da. O vaxt Azəbaycanda bəlli miqdarda erməni ailəsi var idi. Hansı ki, onların bir qismi indi də ölkəmizdə yaşayır.

Əgər onlara qarşı burada həqiqətən də bir amansızlıq, bir təzyiq olsaydı,  o zaman onlar bu günə qədər Azərbaycanda yaşamazdılar. Azərbaycanlılar ermənilərə qarşı heç vaxt şiddət və amansızlıq sərgiləməyib. Əksinə, onları qoruyub. Sumqayıt hadisələri ilə bağlı aprılan hüquqi araşdırmalar sübut etdi ki, bu şəhərdə öldürülən ermənilərin hamısı “Krunq”  təşkilatına pul vermək istəməyən ermənilər olub və onalrın qətlini də məhz ermənilər özü həyata keçirib. Bu cinayətlərin başında ermənilərin özü dayanıb. Onlar bu olaylardan həm Qarabağ hadisələrini başlatmaq, həm də Qərbi Azərbaycandakı soydaşlarımızı didərgin salmaq üçün istifadə etdilər. 200 mindən artıq insan Qərbi Azərbaycandan didərgin salındı.

1989-1990-cı illərdə Bakını tərk edən ermənilərin bir çoxu özlərinə Şimali Qafqaz və digər respubliaklarda mənzil axtarmağa gedəndə Bakıdakı evlərinin açarlarını ermənilərə deyil, azərbaycanlılara həvalə edərək gedirdi. Sumqayıt və Bakıda yaşayan ermənilərin əksəriyyəti öz evlərini dəyişdilər. Təsəvvür edin ki, Azərbaycanıl tərk edən ermənilərin heç biri Ermənistana getmədi. Əgər onlara burada təzyiq olsaydı, onlar Ermənistana gedər, orada sığınacaq axtarardılar. Lakin onlar Şimali Qafqaza, Avropaya, Amerikaya köçdülər. Amma Ermənistana getmədilər.

 

-Qarşıdan aprel döyüşlərinin ildönümü gəlir. Sizcə aprel döyüşlərinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarət oldu?

 

-Aprel döyüşləri hər şeydən öncə psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Aprel döyüşlərinin yeganə önəmi bu döyüşlərin nəticəsi olaraq işğaldakı ərazilərin müəyyən hissəsinin azad edilməsi ilə yekunlaşmır. Təbii ki, bunun özü də mühüm əhəmiyyətə malik bir məsələdir. Azərbaycan aprel döyüşləri nəticəsində böyük bir ərazini azad etdi, bir çox kəndin təhlüəsizliyi təmin edildi, starateji yüksəkliklər ələ keçirildi. Lakin aprel döyüşləri həm də bir sıra psixoloji amillər baxımından önəmli oldu.

 

-Bunlar hansı amillərdir?

 

-Ermənilər Qarabağ problemininin həllini uzatmaqla düşünürdülər ki, Azərbaycanda yetişən gənc nəsil, ötən əsrin 90-cı illərində qaçqın və məcburi köçkün düşən ailələrdə yeni doğulan insanlar Qarabağ və işğal edilmiş torpaqları yaddan çıxaracaqlar. Onlarda döyüş ruhu aşağı olacaq. Onlar ümid edirdilər ki, problemi uzatmaqla məsələni de-yure həll edəcəklər. Lakin aprel döyüşləri ermənilərin bu düşüncəsini alt-üst etdi. Aprel döyüşləri göstədi ki, gənc nəsil əvvəlki nəsillərdən öz vətənpərvərliyinə görə heç də geri qalmır. Aprel döyüşləri zamanı müxtəlif institutlardan, məktəblərdən, müəssisələrdən minlərlə insan könüllü şəkildə bu döyüşlərdə iştirak etmək üçün əlaqədar qurumlara müraciət etdi.

Aprel döyüşləri İrəvanın ermənlər arasında apardığı təbliğatı da puça çıxardı. İrəvan bu günə qədər öz əhalisini inandırmağa çalışırdı ki, Azərbaycanda döyüş ruhu yoxdur, ordusu zəifdir, texnikası köhnədir və s. Bu məsələdə sapı özümüzdən olan müəyyən qüvvlərin də ordumuz haqqında səsləndirdiyi böhtanlar az rol oynamırdı. Əslində isə Azərbaycan ordusu Rusiya, Türkiyə, Belarus, İsrail, Ukrayna və s. ölkələrdən müasir silahlar almaq, sovet dönəminə məxsus bəzi silahları yüksək səviyyədə modernləşdirməklə böyük zərbə qüvvəsi əldə etmişdi. Hərbi təchizat baxımından Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb. Bütün bunlar aprel döyüşlərində özünü göstərdi. Azərbaycan aprel döyüşlərində öz hərbi potensialının cüzi bir hissəsindən istifadə etməklə erməni ordusunu tamamilə darmadağın elədi.

 

-Aprel döyüşlərini daha hansı baxımdan əhəmiyyətli hesab edirsiniz?

 

-Aprel döyüşləri KTMT-nin münaqişəyə baxışı baxımından da önəmlidir. İrəvan hərmişə öz əhalisinin başınına altına yastıq qoyaraq onalrı inandırmağa çalışırdı ki, əgər Azərbaycanla hərbi toqquşma baş versə, o zaman KTMT mütləq bu münaqişəyə qoşulacaq və Ermənistana dəstək verəcək. Irəvan iddia edirdi ki, məhz KTMT-nin köməyi ilə onlar Azərbaycanın digər torpaqlarını də ələ keçirəcəklər. Lakin aprel döyüşləri bunun əksini göstərdi. KTMT-ə qoşulan dövlətlərin bir çoxu açıq şəkildə bəyanat verərək bildirdi ki, Azərbaycan öz ərazisi daxilində hərbi əməliyyat aparır və odur ki, onlar bu məsələyə hər hansı şəkildə müdaxilə edə bilməzlər. Bu hadisələr göstərdi ki, KTMT-ə daxil olan ölkələr nəinki Ermənistanı dəstəkləmədi, onlar dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Cənab prezidentin erməni analarına da müraciəti oldu. Ölkə başçısı bu müraciətdə bidirdi ki, siz öz rəhbərliyinizə sual verin ki, sizin övladlarınız Azərbaycan ərazisində nə gəzir ki, onlar da antiterror əməliyyatı zamanı həyatlarını itirsin?

 

-Siyaviş bəy, son vaxtlar ölkə başçısı sosial-iqtisadi sahədə ciddi yeniliklərə imza atdı. Əmək haqları və təqaüdlərin artırılması, problemli kreditlərin həlli, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s. bu qəbildən olan addımlar idi. Sizcə bütün baş verənləri Azərbaycanın iqtisadi-sosial həyatında yeni mərhələ hesab etmək mümkündürmü?

 

-Ötən il aprelin 11-də Azərbaycada prezident seçkiləri keçirildi. Seçkilər dönəminndə YAP-ın namizədinin təbliğat-təşviqat qrupuna daxil olan adamlar yerlərdə çoxsaylı görüşlər keçirdilər. Elə bir rayon, elə bir kənd, elə bir böyük yaşayış massivi olmadı ki, bu cür görüşlər keçirilməsin. Bu görüşlərdə vətəndaşların təkif və arzuları, onları naraht edən məsələlərin hamısı toplanaraq proqram şəklini aldı. Bu proqram seçki plotforması kimi təqdim olundu. Sonrakı dönəmdə Azərbaycanın dövlət büdcəsi müzakirəyə çıxarılanda bu məsələlər də qaldırıldı. Qaldırılan məsələlərin hamısı nəzərə alındı. Büdcədən bu problemlərin həllinə vəsait ayrıldı. Yəni bütün bu məsələlərin həlli hələ bir il öncədən nəzərdə tutulmuşdu və gördüyünüzü kimi, yüksək səviyyədə həyata keçirilməkdədir.

 

Ardı var

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO