Ermənistanın Tavuş rayonunun Vazaşen(Lələkənd) kəndindəki qızıl yataqlarının istismarı ilə bağlı yerli əhali, sifarişçi şirkət və ekoloqlar arasında mübahisə gedir.
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Məsələ bundadır ki, ekoloq fəallar yerli əhalini Təbiəti Mühafizə Naziriliyindən lisenziya almış“Ey Yu Qrup” şirkəti tərəfindən kəndin ərazisindəki qızıl yatağının istismarının qarşısını almağa çağırır. Onlar bunu ətraf mühitin çirklənməsi, flora və faunaya zərər vurulacağı və sakinlər arasında sağalmaz xəstəliklərin yaranma təhlükəsi ilə əlaqələndirirlər. İşsizlikdən, yoxsulluqdan əziyyət çəkən kəndlilərin əksəriyyəti isə bunun əksinə olaraq iş yerlərinin açılması üçün qızıl mədənlərinin fəaliyyətə başlamasına razıdırlar.
Hələki mübahisə öz həllini tapmayıb.
Xatırladaq ki, Vazaşen - Qərbi Azərbaycanda vaxtilə Gəncə xanlığı ərazisinə daxil olan, çar Rusiyası dövründə isə Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzasına aid edilən Karvansaray (İcevan) rayonundakı Lələkənd kəndinin erməniləşmiş adıdır. Rayon mərkəzindən 16 km məsafədə yerləşir.
Toponim «böyük tərbiyəçi» mənasında işlənən “lələ” sözünə qədim türk dilində «yaşayış mənəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur.
P.S. Allah verib Azərbaycanın üzüyola vətəndaşlarına; haranı istəyirsən- qaz, nə istəyirsən- çıxar, hardan istəyirsən- pul çıxar, harda istəyirsən bina tik, park sal...
Sultan Laçın