Kamal Abdullanın tədarükü...
Oxunub: 2677
23 Feb 2019 | 15:25
Kamal Abdullanın tədarükü...
"Don Kixot"u oxumusuz?

Bir az uzun olacaq, ancaq maraqlı olacaq. 
Yaxın oturun. 
Bir misal var:"Tanımadım, varlı olacaqsan".Varlanandan sonra adamları tanımaq olmur deyə xalqın dilinə belə bir deyim düşüb. Həmişə vəzifəsi olub onun. Heç vaxt öyrəşdiyimiz "kreslo adamı”na çevrilməyib. Alternativ məmur obrazı yaradıb. İllər boyu rektor işləyib, prezidentin müşaviri olub, bir dəfə cangüdənlə, gözqamaşdıran avtomobillə görünməyib. Son illərəcən hətta sürücüsüz gəzirdi. Kamal Abdulladan danışacam sizə. Hərdən sözümün çəp gəldiyi, 15 ildən çox tanıdığım Kamal müəllimdən. Akademik Azad Mirzəcanzadə haqda araşdırma edirdim. Axtara-axtara gedib Kamal müəllimə çıxdım. 



Demə, akademikin mühazirələrini təşkil edirmiş Slavyan Universitetində. Nə əlaqəsi? Azad Mirzəcanzadə "neft alimi”, o hara, Slavyan hara? Mirzəcanzadə hərtərəfli alim idi. "İxtisasa giriş”, "İyirmi birinci əsrə yol” kitabını oxuyanlar bilir. Onun gəncliyə verə biləcəyi çox şey vardı. Bu səbəbdən də Kamal müəllim onu Slavyan Universitetinə dəvət edirdi. Azad müəllim də inanılmaz böyük həvəslə tələbələrin görüşünə gedirdi. Hə, Azərbaycanda belə alimlər yetişib...
Birgə yazdıqları kitab da var – Azadla Kamalın. 


O vaxt bizdə belə təcrübə yox idi, heç indi də yoxdu. Bu yalnız xarici universitetlərdə olur. Tələbələrin intellektuallığını, dünyagörüşünü genişləndirmək üçün alim hardansa transfer edilir, dəvət alır. Kamal Abdulla da zaman itirməyib. Azad müəllimlə bağlı çox adam zaman itirdi. Ölkə olaraq zaman itirdik. Biz ondan vaxtında iki döl ala bilərdik - elm və mədəniyyət sahəsində. Özü onsuz da bacardığını ürəyində gizlətmirdi. Canını qoyurdu. Kamal müəllim də bunu tələbələri üçün edirdi. "Tələbələrim” deyəndə Kamalın üzündəki işığı görmək lazımdı. Bu tək kəlmə ilə o sanki universitet gəncliyini bağrına basır. 
Ağızdolusu, böyük sevgiylə deyir: Tələbələrim... 


Onun üçün böyük sevgidi universitet həyatı. Öz həyatını bu həyata dəyişib. Gəncliyi həmişə sevib. Çevrəsində həmişə özündən cavanlar olub. 
İlk dəfə yanına gedəndə soruşdu: "Don Kixot"u oxumusan? Çox gənc idim və bu sual beynimdə "Don Kixotluq etmə” eyhamı kimi dalğalandı. Bəlkə də eləydi. Sonra bildim ki, Kamal müəllimin çox sevdiyi əsərdi. Hamıdan  soruşur: "Don Kixot"u oxumusan? Don Kixotu niyə sevdiyini dəqiq deyə bilmərəm. Onun xəyallar arxasınca didərginliyini, çirksiz ruhunu sevir bəlkə. Gəlirli-çıxarlı dünyada ürəyini duru arzularla, duyğularla  yuyub tərtəmiz saxlayan və qara yalanlıq içində  həqiqət işıltısı axtaran adamlar həmişə Don Kixotu xatırladacaqlar. Kamal Abdulla özü Don Kixotdurmu?... Deyə bilmərəm, amma işığın tərəfindədi, çıraq yandıran adamlardandı. 


Hekayəsini tənqid etmişdim. Görüşəndə həmin tənqidi cümləmi səsləndirib ürəkdən güldü: "Düz yazmısan. Qərəzsiz tənqid olanda qəbul edirəm. Tənqiddə hikkə hiss edəndə əsəbləşirəm”. Bütünlükdə isə tərifi sevir. Hətta tərifdən estetik tablo kimi zövq alır. Bu da onun haqqıdı. Adı gələndə  təsəvvürümdə gecə-gündüz çalışan, bu səhərdən o biri səhərəcən kitab içində eşələnən, gününü universitetin problemlərinə xərcləyən, yeniliyə həvəsli, usanmadan işləyən, qarışqa kimi bir aydın canlanır. Kamal Abdulla həmişə qışa tədarük görür. Onun dünyasında həmin o qış nədi, haradı, - deyə bilmərəm. Mənə görə, o, bütün qışlardan alnıaçıq çıxıb ayaqda qala bilən bir aydındı. Ömrünü gerçək bir yazıçı, elm adamı kimi yaşayıb. Biz nə rektorlar görmüşük! Kortejini tələbələrin üstünə sürdürən, koridora çıxacacaq deyə tələbəni ordan qovduran, ətrafı cangüdən dəstəsi ilə dolu...elə bilərdin mafiya başçısı gəlir. 


Kamal Abdulla isə həmişə tələbələrinin içində dərviş kimi dolaşıb. Hətta bəzən gözəgörünməz olub. İçində yaşadığı mistik dünyasında özünü görünməz də hiss edir bəlkə. Prezidentin müşaviri təyin edilmişdi. Mərkəzdəki parkdan keçirdik. Kamal Abdulla ilə qarşılaşdıq. Yenə eyni sadə geyim-keçimində, yenə tək...yenə görünməzlikdə...Üzündə hüzn vardı. Vəzifəsi yüksəlmişdi, hüznü də artmışdı sanki. Universitet üçün darıxırdı, məncə. Kamal müəllim təhsilə, mədəniyyətə, ədəbiyyata misilsiz əmək vermiş adamdı. Ağıllı bir deyimimiz var, çox sevirəm:"İgidi öldür, haqqını yemə”. Bir fərd kimi çözələsək, hamı kimi ona da qüsur taparıq. Söhbətsə bir aydın  ömründən,  böyük mədəniyyət xadimindən gedir, haqqını verək gərək. Biz etməsək, kim edəcək?..
Musa Yaqub - böyük şairimiz, nəslinin son cəngavəri çox ağır günlərini yaşayır, hər an onu itirə bilərik. Saysız-hesabsız fəxri adların içində onun payı  yoxdu. Onun da haqqını vermək bizə düşür. İstərdim yazıçılar, elə Kamal bəyin özü də, Musa Yaqubun ad almasına çalışsın. Qoy Musa bəy istəməsin, biz edək. 


Biz onsuz da nə ediriksə, vicdanın səsi ilə edirik. Bütün situasiyalara reaksiyamız vicdanın diktəsi ilə olur. Vicdan nə deyirsə, onu edirik. Bu yazı da elə yazılıb. Biz onun Azərbaycan təhsili, gəncliyi, mədəniyyəti üçün etdiklərini heçə saysaq, vicdansız olarıq. "Bir günlük xəlifə” layihəsinin müəllifidi Kamal bəy. Bu layihə 2003-cü ildə Slavyan Universitetində gerçəkləşib. Arada dayandırıldı. İndi yenidən rəhbəri olduğu Azərbaycan Dillər Universitetində davam etdirir. Layihəyə görə universitetin 32 nəfərlik rəhbər heyəti  içindən tələbələr açıq səsverməylə xəlifə seçirlər. Həmin xəlifə universitetdə qərarlar qəbul edir, yeniliklər edir və bir il ərzində qərarlar qüvvədə qalır. "Kölgə kabineti” formalaşır və növbəti seçkiyə kimi işləyir. Xəlifə bir günlük işinin maaşını da alır. 


"Filoloqun kitabxanası – 100” layihəsini də Slavyan Universitetində işlədiyi vaxt edib. Dünyanın ən yaxşı yüz filoloji-fəlsəfi əsəri Azərbaycan dilinə çevrilib. Slavyanda yaratdığı "Yaradıcılıq fakultəsi” isə ölkə tarixində növbəti "ilk”di. Yaradıcı adamların tələbələrlə görüşü, onların leksiyalarının təşkili təhsildə tamamilə yeni estetika yaradırdı. Bu fakultədən yararlanan neçə gənc qələm adamı oldu. Slavyan Universitetinin praktikasının dünyanın bir çox universitetində müzakirə edilməsi də onun xidmətidi.


Çağdaş bir ortam yaratmışdı öz təhsil yuvasında. Bir dönəm vardı, ölkədə kreativ, azad, yaradıcı gənclərin çoxu Slavyanın tələbəsi idi. Bu gün online mediada çalışan, rəhbərlik edən slavyançılar az deyil. Bir dəfə ora gedəndə tələbələrin koridorda bir küncdə oturub söhbətləşdiklərini gördüm- modern, rahat. Fərqlənirdi slavyançılar. Eşitmədik rüşvətlə, haqsızlıqla əlləşdiklərini. Az qala bütün dövlət universitetlərində tələbələrin etirazları olub zaman-zaman.  Nüfuzları vardı slavyançıların, oxuduqları təhsil ocağının imicini qoruyan rektorları vardı. İndi də eyni işləri, bəlkə də daha artığını Dillər Universitetində görür. ADU-da 14 ölkənin mədəniyyətini öyrədən mərkəzlər yaradılıb. Qarşılığında xarici ölkələrdə də Azərbaycan mədəniyyətini yayan mərkəzlər işə başlayıb. Ölkə tarixində ilk dəfə ADU-da universitetin 4-cü kurs tələbələri könüllü olaraq 4 həftəlik pedoqoji təcrübəni məcburi köçkün məktəblərində keçəcəklər. Neçə ildi Azərbaycanda məcburi köçkün məktəbləri var. Kiminsə ağlına gəlibmi bu?..  


Ən maraqlısı, bundan sonra ADU tələbələri mağazadan aldıqları kitabın çekini versələr, universitet onlara  ödədikləri pulu qaytaracaq.  
Cəmiyyət gəmidirsə, çırpılacağı aysberq bərbad təhsil sistemidi. Savadsız xalqdan savadlı addım gözləməzlər. Savadsız toplum həmişə böyük faciələr yaşayar. Bir aydın cəmiyyətinə heç nə vermirsə, onun yeri heç vaxt açılmayacaq arxivdi. Ölkənin təməlini dağıdan minalar olur. Onlar gəncliyi düşünməyən ictimai-siyasi adamlar, aydınlardı. Bu gün yalnız öz qarnını düşünən adam ən qorxulu partladıcı maddədi. Gərək öhdəlik götürən, məsuliyyəti olan adam, öləndən sonra bu cəmiyyəti onun indi vecinə almadığı, yatırım etmədiyi gəncliyin yönəldəcəyini düşünsün. Bayağı, savadsız gəncliyin sabahkı cəmiyyəti yönəldəcəyini  düşünəndə adamı dəhşət bürüyür. Nə mutlu bizə ki, ölkə gəncliyinin bataqlığa düşməməsi üçün çalışan adamlarımız var. Vecsiz adamları isə quyuya salıb qapağını bərk-bərk bağlayasan. Ziyanlıdı belə adamlar, ziyanlı. Kamal Abdulla gənclik üçün etdikləri ilə, onlara sərgilədiyi örnəklə qiymətlidi.  Yazını da elə ADU tələbəsinin diqqətimi çəkən şərhiylə bitirmək istəyirəm. Bir cümlədə Azərbaycan cəmiyyətinin bütün gerçəkləri vardı: "Kamal Abdulla bufetdə gördüyüm ilk rektordu”.         

Aysel Əlizadə
qadinkimi.com
Oxşar xəbərlər
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”